Tokio körfəzi

Tokio körfəzi (yap. 東京湾) — Sakit okeanın Yaponiya sahillərində erləşir. Körfəzin sahilində dünyanın ən böyük aqlomerasiyalarından biri yerləşir[1][2][3][4][5]. Burada 33 milyon insan yaşayır. Şimaldan cənuba uzunluğa 60 km, şərqdən qərbə olan məsafə isə 40 km təşkil edir. Burada həmçinin Asiyanın ən böyük limanlarlnda biri yerləşir. Körfəzi okeandan Boso yarımadası ayırır.

Tokio körfəzi
Ümumi məlumatlar
Tip Körfəz
Sahəsi
  • 1.380 km²
Yerləşməsi
35°25′00″ şm. e. 139°47′00″ ş. u.HGYO
Ölkə  Yaponiya
Akvatoriyası
Tokio körfəzi xəritədə
Tokio körfəzi
Tokio körfəzi
Tokio körfəzi (Yaponiya)
Tokio
körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Tokio körfəzisinin kosmosdan çəkilmiş şəkli

Körfəzin sahəsi 1 320 km² təşkil edir. Körfəzə Tama, Ara, Edo və Surumi çayları axır. Körfəzi okeanla birləşdirən boğazın darlığı və bura çixlu sayda çayların tökülməsi suyunu nisbətən şirin edir. Köfəzin şimali yosunlar və su bitkiləri ilə zəngindir. Cənubda isə suyu şordur. Üstəlik bu hissə isti Kurosio cərəyanının təsirinə məruz qalır. Bölgədə çoxlu sayda balıq növlərinə rast gəlmək olar.

XIX-XX əsrlərdə körfəzdə çoxlu sayda süni adalar inşa edilmişdir. Körfəzdə yegnə təbii ada Kanaqava prefekturası ərazisinə daxil olan Saru adalarıdır.

İnfrastruktura

[redaktə | mənbəni redaktə et]

Körfəzdə Tiba, Kavasaki, Yokosuka, Tokio, Yokoqamı və Kisaracu limanları yerləşir. Yokosuka limanında ABŞ hərbi dəniz bazası və Yaponiya dəniz qüvvələrinin hərbi hissəsi yerləşir.

Körfəzin sahilləri Kanaqava, Tokio və Tiba prefekturaları ərazisinə daxildir. XIX əsrdən körfəzin sahilində iqtisadi mərkəzlər fəaliyyət göstərir.

5–4 min il öncə Tokio körfəzi indiki ərazisindən böyük olmuşdur. Hətta Kanto düzəniliyi razisinidə əhatə edirdi.

Amerikan təyyarələri Tokio körfəzi səmasından Missuri linkoru üzərindən ucarkən, 2 sentyabr 1945

14–16 əsrlərdə körfəzdə aktiv şəkildə dəniz piratları fəaliyyət göstərməmişdir. 16–19 əsrlər ərzində isə Tokio körfəzi Edo dənizi adlanırdı.

2 sentyabr 1945 ildə ABŞ ilə Yaponiya arasında Missuri linkorunda Yaponiyanın danışıqsız təslim olma aktı imzalanmışdır.

  1. Tokyo Bay // Encyclopedia of Japan. Tokyo: Shogakukan. 2012. OCLC 56431036. 2007-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-30.
  2. 東京湾 // Dijitaru Daijisen (Japanese). Tokyo: Shogakukan. 2012. OCLC 56431036. 2007-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-30.
  3. 東京湾 // Nihon Kokugo Daijiten (Japanese). Tokyo: Shogakukan. 2012. OCLC 56431036. 2007-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-30.
  4. 千葉県:総論 > 東京湾 // Nihon Rekishi Chimei Taikei (Japanese). Tokyo: Shogakukan. 2012. OCLC 173191044. dlc 2009238904. 2007-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-30.
  5. 東京湾 // Nihon Daihyakka Zensho (Nipponika) (Japanese). Tokyo: Shogakukan. 2012. OCLC 153301537. 2007-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-30.