Ocaqqulu ağa Yağləvəndli-Cavanşir

Ocaqqulu ağa Yağləvəndli-Cavanşir (1687-?) — Qarabağ bəyi, Səfəvilər və xanlıq dönəmində oba, atlı dəstənin yüzbaşısı.

OCAQQULU AĞA YAĞLƏVƏNDLİ-CAVANŞİR
Ocaqqulu ağa Lətifxan ağa oğlu Yağləvəndli-Cavanşir
Doğum tarixi
Doğum yeri Yağləvənd, Qarabağ

Ocaqqulu ağa Lətifxan ağa oğlu 1687-ci ildə Cavanşir elinin Yağləvənd oymağında doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Obalarının yüzbaşısı olmuşdu. Öncə Osmanlı ordusunda qulluq etmiş, sonra ordudan qaçıb Nadirqulu xan Qırxlı-Avşarın dəstəsinə qoşulmuşdu. Nadirqulu xan özünü şah elan edəndən sonra onun ordusunda qorçular yüzbaşısı olmuşdu. Şahın ordusunda üsyançıların yatırılmasında fəal iştirak etmişdi.

Ocaqqulu ağanın ailəsı Xorasana, Sərəxsə sürgün olunmuşdu. Onun qohum-əqrabası Nadir şahın qətlindən sonra Qarabağa qayıtmışdı. Arazbar qəzasının Xanarxı yurdunda məskunlaşmışdı.

Ocaqqulu ağa öncə Pənahəli xana qarşı çıxsa da, sonra onun tərəfini tutmuşdu.

Ocaqqulu ağanın Lətifxan ağa adlı oğlu vardı.