Ocimum grandiflorum

Erkəkcikli böyrəkotu (lat. Orthosiphon stamineus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin böyrəkotu cinsinə aid bitki növü.

Erkəkcikli böyrəkotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Erkəkcikli böyrəkotu böyük olmayan həmişəyaşıl kol bitkisidir. Gövdəsi dördtilli, budaqlanan, tünd-bənövşəyi olub, hündürlüyü 30-40 sm-dir. Yarpaqları qarşı-qarşıya, uzunsov-yumurtavari və ya rombvari, pazabənzər əsası və itiuclu zirvəsi vardır. Çiçəkləri monosimmetrik, qarşı-qarşıya düzülmüş çiçək köbəsi zirvədə kəsik-kəsik salxımşəkilli hamaşçiçəklərlə əvəz olunur. Kasacığı zəngşəkilli və ikidodaqlıdır. Çiçək tacı ikidodaqlı, əsası boruşəkilli olub, tutqun-bənövşəyidir. Erkəkciyi 4 ədəd olmaqla, boruşəkilli çiçək tacı vardır.

Bütöv və ya sınmış yarpaqları qısasaplaqlı, rombabənzər-ellipsvari və ya uzunsov-yumurtavari, zirvəsi itiuclu və pazabənzər-itiuclu əsasa malik, qismən eşilmiş formalıdır. Yarpağının yuxarı tərəfi iridişcikli, əsası bütövkənarlı və çılpaqdır. Aşağı tərəfi damarlı və az tükcüklüdür. Damarları lələyə oxşayır. Gövdənin zirvəsində yarpaqları qarşı-qarşıya yerləşir. Gövdəsi dördtilli uzunluğu 3-5 sm, qalınlığı isə 2,5 mm-ə bərabərdir. Çiçək yarpaqları sarımtıl-yaşıl, yuxarı tərəfi isə bənövşəyi-qonurdur. Zəif iyli, azacıq büzücü və acıtəhər dadlıdır.

Xammal kimi yarpaqları və gövdənin zirvə yarpaqları bütün vegetasiya dövründə yay ərzində 5-6 dəfə toplanılır. Xammal nazik kəsilməli və günəş altında tez qurudulmalı, quruducu şkafda 30-35оС temperaturda və ya kölgədə 3 gedişlə 24-36 saat ərzində fermentasiya (qıcqırma) etmək lazımdır. Quru, sərin və havası tez-tez dəyişilən yerlərdə saxlanılmalıdır. Saxlanılma müddəti 2 ildir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Yarpaqlarının tərkibində ortosifonin qlükozidləri, triterpen saponinlər, aşı maddələri, efirli yağlar və üzvi turşular vardır. İltihabsorucu və sidikqovucu dərmandır. Yarpaqlarının tərkibində zəif sidikqovucu maddələr olduğundan pielonefrit, pielit, qlomerulonefrit və hətta xolesistitlərdə təyin edilir. Erkəkcikli böyrəkotu yarpaqlarının tərkibində zəif sidikqovucu maddələr olduğundan böyrək funksiyasının pozğunluqlarında və qaraciyər xəstəliklərində işlədilir.

  • Orthosiphon aristatus var. aristatus
  • Clerodendranthus spicatus (Thunb.) C.Y.Wu
  • Clerodendranthus stamineus (Benth.) Kudô
  • Clerodendrum spicatum Thunb.
  • Ocimum grandiflorum Blume
  • Orthosiphon grandiflorus Bold.
  • Orthosiphon spicatus (Thunb.) Backer, Bakh.f. & Steenis
  • Orthosiphon spiralis (Lour.) Merr.
  • Orthosiphon stamineus Benth.
  • Orthosiphon tagawae Murata
  • Orthosiphon velteri Doan [Invalid]
  • Trichostema spirale Lour.[1]
  1. Erkəkcikli böyrəkotu:The Plant List saytında takson barədə məlumat. (ing.)