Od (Bir Yunus romanı) — İskəndər Palanın Yunus Əmrədən bəhs edən romanı.
Od | |
---|---|
Od (Bir Yunus romanı) | |
| |
Müəllif | İskəndər Pala |
Janr | Roman |
Orijinalın dili | Türkcə |
Ölkə | Türkiyə |
Orijinalın nəşr ili | 2011 |
Nəşriyyat | Kapı |
Cild | Nazik |
Səhifə | 361 |
Tiraj | 380 000 |
ISBN | ISBN 9786054322848 |
2014-cü ilin may ayında kitabın cib ölçüsündə olan forması satışa çıxmışdır.[1]
13-cü əsrin hər baxımdan keşməkeşli və yandırıb-yaxan mühitinə Yunus Əmrənin gəlişi tarixi atmosfer içərisində həqiqi mənasına qovuşdurulur. Dağıntılar və yanğınlar içindən bir könül və bir insanlıq abidəsinin inşasını cümləbəcümlə danışır və əlbəttə, qəlbə toxuna-toxuna yol alır.
Bilirəm,
"Biz bu yerdən gedər olduq, qalanlara salam olsun" demişdi
Yenə Bilirəm,
"Bizim üçün xeyir dua qılanlara salam olsun" demişdi
Və Sevgiliyə getdiyi o gecədən sonra adının dildən dilə,
Eşqinin könüldən könülə vurnuxduğunu da bilirəm
İndilərdə ona kimi Aşıq Yunus, Miskin Yunus, Dərviş Yunus… qoy onu da desinlər.
Və Türk yurdlarında, onu ən çox "Bizim Yunus" deyə çağırırlar.
Bilirəm.
Kitab türkülərdən ibarət olan musiqi CD-i ilə birlikdə satışa buraxılmışdır. CD-dəki musiqi parçaları:
Kitab türk dilində 380 000 tirajı çapdan çıxmışdır.
Kitab 2012-ci ildə Qanun nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə olunub.[3]