Yunus Əmrə Fondu (türk. Yunus Emre Vakfı) — Türkiyə fondlarından biri.
Fond Türkiyəni, türk dilini, tarixini, mədəniyyətini və sənətini tanıtmaq, bu istiqamətdə təhsil almaq istəyənlərə ölkə xaricində xidmət göstərmək, Türkiyənin digər ölkələr ilə mədəni əlaqələrini artırıb dostluğunu inkişaf etdirmək məqsədilə Türkiyə Respublikasının 5 may 2007-ci il tarixli və 5653 saylı qanuna əsasən fəaliyyət göstərir.[1] Fondun fəxri heyətinin rəhbəri Turkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gül, Qəyyumlar Şurasının nümayəndə heyətinin rəhbəri isə sabiq Xarici işlər naziri Əhməd Davudoğludur.[1]
Fonda bağlı olan Yunus Əmrə İnstitutunun[1] bir sıra xarici ölkələrdə türk mədəniyyət mərkəzləri fəaliyyət göstərir.