Odessa - Bordı neft kəməri

Şərqi Avropada boru kəmərləri xəritəsində Odessa-Brodı neft kəməri

Odessa - Bordı neft kəməri — 2001-ci ildə Qara dənizdəki Odessa şəhəri ilə Lvov vilayətinin Brodı şəhəri arasında tikilmiş və Drujba neft kəməri ilə birləşdirilən kəmər.

İstismar uzunluğu - 667 km, layihə gücü - ildə 14,5 milyon ton neft təşkil edir.

Layihənin tarixi

[redaktə | mənbəni redaktə et]

Bu layihə Xəzər və Qazaxıstan neftini Türkiyə boğazlarından yan keçməklə Odessa yaxınlığındakı Yujnı limanından Şərqi və Mərkəzi Avropanın neftayırma zavodlarına, Qdansk limanı vasitəsilə isə Şimali Avropaya nəql etməli idi.

Neft kəməri 1996-2002-ci illərdə tikilib. Tikintinin dəyəri 453 milyon dollar olur[1]. Ehtimal edilirdi ki, sonradan Broddan Polşanın Plokka şəhərinə bir boru xətti çəkiləcək. Bu boru xətti artıq neft kəməri ilə Qdanska birləşdirilir. Lakin 2002-2004-cü illərdə Odessa-Brodı neft kəmərində işlər durur, səbəb isə Ukrayna hökumətinin Xəzər dənizində fəaliyyət göstərən neft şirkətlərindən onun xammalla yüklənməsinə zəmanət almaması idi. Rusiya Aralıq dənizi limanlarına öz neftinin tədarükü üçün bu xətdən əks rejimdə istifadə etməyə çalışırdı. 2004-cü il avqustun 18-də Rusiya və Ukrayna uzunmüddətli neft tranziti sazişi imzalayır və bu müqaviləyə əsasən, Drujba boru kəmərindən neft Ukraynanın Yujnı limanının terminallarına çatdırılmalı idi.

İmzalanmış müqaviləyə əsasən, TNK-BP 2005-2007-ci illərdə boru kəməri ilə ildə 9 milyon ton Ural nefti nəql etməyi vəd etdir. Bu tədarüklərdən Ukraynanın qazancı 92 milyon dollar həcmində qiymətləndirilirdi. Bundan başqa, TNK-BP “Ukrtransnafta”ya əmtəə krediti olan illik 8%-lə 108 milyon dollar dəyərində 450 min ton neft verməli idi. Vəsaitlər xammalın əks rejimdə vurulması şərti ilə üç il müddətinə verilir. Kredit 2006-cı ildə vaxtından əvvəl ödənilmişdir[2][3]. Tərs rejimdə fəaliyyət zamanı Ukrayna neft axınının istiqamətini dəyişməyə çalışır:

2005-ci ildə Ukraynanın prezidenti seçilən Viktor Yuşşenko Odessa-Brodı neft kəmərini ölkədəki ən uğurlu enerji layihələrindən biri adlandırır və onun istiqamətini Xəzər neftinin Avropaya nəqlinə yönəltmək niyyətində olduğunu bildirir. Yuşşenko və Polşa prezidenti Aleksandr Kvasnevski Qdanska neft kəmərinin təcili başa çatdırılması barədə razılığa gəlirlər.

2005-ci il martın 5-də Yuliya Timoşenko Rusiya neftinin Odessa-Brodı neft kəməri ilə əks hərəkətini dayandırmağa və Qazaxıstan neftini Avropa istiqamətində neft kəmərinə qoşmağa hazır olduğunu bildirir. Elə həmin gün Ukrayna prezidentinin dövlət katibi Aleksandr Zinçenko Qazaxıstan hökuməti ilə Astanada apardığı danışıqlardan sonra elan edir ki, danışıqlarda iştirak edənlər uzunluğu 490 km və dəyəri 500 milyon dollar olan Brodı-Plosk boru kəmərinin tikintisinə maraq göstəriblər. Bu marşrut ukraynalılara Orta Asiya neftini Ploskdakı neft emalı zavoduna nəql etməyə imkan verəcəkdi. 2005-2007-ci illərdə Ukrayna və Polşada bir neçə hökumət dəyişikliyi baş tutur, lakin bu planlar heç vaxt həyata keçirilmir.

2010-cu ilin ortalarında neft kəmərinin əks rejimdə istismarı dayandırılır. Həmin ilin noyabrından VenesuelaAzərbaycan neftinin iki illik müqavilə əsasında Belarusa nəqlinə cəhdlər başlayır. Lakin iqtisadi səbəblərdən ildə nəzərdə tutulan 4 milyon ton əvəzinə, 2011-ci ildə cəmi 1 milyon ton nəql etmək mümkün olur. 2011-ci ilin sonundan etibarən bu müqavilə üzrə tədarüklər dayandırılır[4].

2011-ci ildə “Ukrtransnafta”nın bir hissəsi Azərbaycandan Çexiyadakı neft emalı zavodları üçün alınmış eksperimental neft partiyasının bir hissəsinin vurulmasını təmin edə bilmir. Rəsmi səbəb kimi Slovakiyanın mövqeyi olur. Nəticədə neft Ukrayna ərazisində təqribən 400 milyon qrivna itki ilə emal edilir.

2013-cü ilin sonunda neft kəməri Rusiya neftinin əks rejimdə nəqli üçün hazırlanır[5].

29 oktyabr 2013-cü il tarixində Sarmatiyanın səhmdarlarının yığıncağında Polşanın PERN Priyazn şirkətinin nümayəndələri layihə üçün əlavə maliyyələşdirməni dayandırır[6]. O vaxtdan bəri boru kəməri durğun vəziyyətdədir[7].

Ukraynanın energetika və kömür sənayesi naziri Yuriy Prodanın 2014-cü ilin aprelində bildirdiyinə görə, Odessa-Brodı neft kəmərinin davam etdirilməsi ilə bağlı Polşa ilə danışıqlar bərpa edilib[8].

Drujbanın digər qolunda əvvəlcə Broddan Polşanın Adamova Zastava şəhərinə neft kəmərinin tikintisini başa çatdırmaq planlaşdırılır (bu, açıq-aydın, Drujbaya ağır dərəcəli rus nefti ilə yüklənməsi, onu Azərbaycan nefti ilə qarışdırılması ilə bağlıdır). Neft kəmərinin tikintisi başa çatdıqdan sonra onun Xəzər neftinin Polşa neftayırma zavodlarına və daha sonra Baltikyanı neft terminallarına vurulması üçün onun tərs rejimdə işə salınması planlaşdırılır[9].

12 iyul 2004-cü ildə Ukrtransnafta və PERN Przyjazń Polşanın Plosk şəhərinə Odessa-Brodı neft kəmərinin layihələndirilməsi və başa çatdırılması üçün investisiyaların cəlb edilməsini təmin etmək məqsədilə Sarmatiya Dövlətlərarası Boru Kəməri Şirkəti MMC-ni qururlar.

  1. "Нефтепровод Одесса-Броды: в провальный проект хотят вдохнуть новую жизнь | Энергетика | Агентство экономической информации ПРАЙМ". 2017-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  2. "Ъ-Газета — Юлия Тимошенко отказалась от российской нефти". 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  3. "Ъ-Украина-Новости — «Укртранснафта» рассчиталась за нефть для нефтепровода Одесса-Броды". 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  4. "«Одесса — Броды»: опять реверс? — Экономика и бизнес — TUT.BY | НОВОСТИ — 20.09.2012, 00:37". 2012-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-28.
  5. ВЕТЭК готовится принять Urals для Одесского НПЗ по Дружбе Arxivləşdirilib 2014-05-27 at the Wayback Machine. // Neftegaz.RU. 9 декабря 2013 года.
  6. Ukraina oskarża Polskę o blokowanie przedłużenia ropociągu Odessa — Brody Arxivləşdirilib 2013-11-13 at the Wayback Machine. Wyborcza.biz, 30.10.2013.
  7. Максим Гардус. Нефтепровод Одесса-Броды: что мешает реализации проекта Arxivləşdirilib 2017-09-07 at the Wayback Machine. // Порты Украины, 19 июля 2016.
  8. "Украина и Польша возобновили переговоры по строительству нефтепровода «Одесса-Броды» | Обозреватель". 2016-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  9. Владимир Ъ-Водо, Вильнюс, Денис Ъ-Ребров «Казахскую нефть развернут на Польшу Консорциум для продления трубопровода Одесса — Броды расширяется» // Газета «КоммерсантЪ», № 178(3754) от 01.10.2007 Arxivləşdirilib 2007-12-09 at the Wayback Machine