Film Azərbaycan xalqının bir çox ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqəsinə həsr olunmuşdur.
Odla təmasda | |
---|---|
Janr | tarixi |
Rejissor | Yalçın Əfəndiyev |
Ssenari müəllifləri |
Əli Qafarov Əhmədağa Muğanlı |
Operatorlar |
Zaur Məhərrəmov Vladimir Konyagin |
Bəstəkar | Aqşin Əlizadə |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1972 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1972 |
Texniki məlumatlar |
5 hissə 1350 metr 35 mm |
Rəng | rəngli |
Kinolentin ilk kadrlarından bəlli olur ki, Bakının yaşı min ildən çoxdur. Abşeron nefti hələ Makedoniyalı İsgəndərin zəmanəsində "odlu yağ" adı ilə məşhurmuş.
Filmdən bu da məlum olur ki, Azərbaycanın xarici ölkələrlə əlaqəsi ta qədimdən bu günədək ardıcıl olaraq mövcud imiş. Və bu mövcudluq Azərbaycan, Hindistan neftçilərinin dostluğunda, Bakıda keçirilən Asiya, Afrika və Latın Amerikası yazıçılarının beynəlxalq konfransında, görkəmli balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadənin Bağdad milli balet məktəbinə rəhbərliyini əks etdirən kinokadrlarda təzahür olunur. Eyni zamanda göstərilir ki, Azərbaycanın xarici ölkələrlə mədəni-iqtisadi əlaqəsi gündən-günə inkişaf edir.