Qəmər Almaszadə

Qəmər Hacıağa qızı Almaszadə (10 mart 1915[1], Bakı[2][1]7 aprel 2006[1], Bakı[1]) — Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti (1959). O, 1953–1972-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş baletmeytser, 1972–1988-ci illərdə isə balet truppasının bədii rəhbəri olmuşdur.

Qəmər Almaszadə
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (91 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Əfrasiyab Bədəlbəyli (1931–1940)
Atası Hacıağa Almaszadə
Fəaliyyəti balerina, baletmeyster, xoreoqraf, pedaqoq
Fəaliyyət illəri 1931-ci ildən
Mükafatları "SSRİ xalq artisti" fəxri adı — 1959 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1943 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940 2-ci dərəcəli "Stalin" mükafatı — 1952
"Şöhrət" ordeni — 1995
"Lenin" ordeni — 1985 "Oktyabr inqilabı" ordeni — 1971 "Qırmızı əmək bayrağı" ordeni — 1938 "Qırmızı əmək bayrağı" ordeni — 1976 "Xalqlar dostluğu" ordeni — 1981
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəmər Almaszadə (Tamara ləqəbi ilə də tanınan) 10 mart 1915-ci ildə Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyandırıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır (daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir). Atasını baletlə yox, idmanla məşğul olduğunu inandıra bilir. Lakin bir neçə ildən sonra sirrin üstü açılır. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlir və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünür.[3]

Bəstəkar Əfrasiyab Bədəlbəyli ilə 1931-ci ildə qurduğu evlilik övladları olmadığından "Qız qalası" baletindən az sonra boşanma ilə nəticələnir. Sənət bağlılıqları isə illərlə davam edir.[4][5]

1930-cu ildə Qəmər Almaszadə xoreoqrafiya məktəbini bitirib Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayır. Bu arada həmçinin ali pedaqoji məktəbinə də daxil olur. 1932-də Reynhold Qlierin "Şahsənəm" operasında ikinci dərəcəli rola seçilir. 1933-cü ildə indiki Sankt-Peterburqda Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olur və orada məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyur. 1936-cı ildə ali məktəbi bitirib Bakıya qayıdır. 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyur. Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edib ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplayır. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyir. Daha sonra həmin məktəbin direktoru olur. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk peşəkar çıxışını edir. Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış etmişdir. 1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün dəvət olunur. 1950-ci illərdə baleti tərk etsə də, 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışır.

Quruluş verdiyi əsərlər

[redaktə | mənbəni redaktə et]
Qəmər Almaszadənin 1937–2006-cı illərdə yaşadığı evin fasadına vurulmuş xaritə lövhəsi

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalinin tərəfindən Qəmər Almaszadəyə "Qırmızı əmək bayrağı" ordeninin təqdim olunması. Moskva, 1938-ci il.

İfa etdiyi rollar

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Visuotinė lietuvių enciklopedija (lit.).
  2. Алмасзаде Гамэр Гаджи Ага кызы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. "Qoy tamaşaçı məni cavan xatırlasın!". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-21.
  4. "Z. Fərəcova — Azərbaycanın ilk balerinası". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-22.
  5. "Алмасзаде Гамар Гаджи Ага кызы — первая балерина Азербайджана". 2022-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-26.
  6. "K. Shahverdiyev — Azərbaycan baletini yaradıcısı, səhnəmizin şahzadəsi Qəmər xanım Almaszadə". 2019-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-02-16.
  7. "Галина Микеладзе. Азербайджанский балет — корни и исторический путь. İRS jurnalı, 2010, № 4 (46)" (PDF). 2021-09-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-04-25.
  8. "Azərbaycan balet tamaşaları xronologiyası". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-28.
  9. "K. Shahverdiyev — Azərbaycan baletinin divası Qəmər Almaszadə". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-28.
  10. "Qəmər Almaszadənin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 27 mart 1995. 2019-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2019.
  11. Parisdə Beynəlxalq rəqs festivalının ən çox fərqlənmiş iştirakçılarının Azərbaycan SSRİ Ali Sovetinin fəxri fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 21 may 1970-ci il tarixli Fərmanı Arxivləşdirilib 16 yanvar 2020 at the Wayback Machineanl.az saytı
  12. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 942 saylı, 11 iyun 2002-ci il tarixli Sərəncamı". e-qanun.az (az.). e-qanun.gov.az. 11 iyun 2002. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]