Odlar yurdu (oratoriya)

Odlar yurduVasif Adıgözəlovun 1988-ci ildə yazdığı (sözləri Rəfiq Zəka Xəndanındır) oratoriya. Əsər Azərbaycan xalqının keçdiyi keşməkeşli yolu musiqinin dili ilə dinləyiciyə çatdırır. Əsərə görə Vasif Adıgözəlov Dövlət Mükafatına layiq görülmüşdür.

Odlar yurdu
Bəstəkar Vasif Adıgözəlov
Forma oratoriya
Premyera
  • 03.03.1988
Hissələr 10 hissə

Odlar Yurdu oratoriyası ilk dəfə 1988-ci il martın 3-də Azərbaycan Dövlət Filarmoniyasında səslənmişdir. Əsərə görkəmli dirijor R.Abdullayev dirijorluq etmişdir. Aparıcı, solistlər, xor və simfonik orkestr üçün yazılmış bu oratoriyanı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, Dövlət xor kapellası, Azərbaycan televiziyası və radiosunun xoru, solistlərdən xalq artisti Xuraman Qasımova, Əli Haqverdiyev və bədii qiraətçi Mikayıl Mirzə ifa etmişlər.[1]

Oratoriya 10 hissədən ibarətdir:

  • I ― Müqəddimə
  • II ― "Azərbaycan"
  • III ― "Zəhmət nəğməsi"
  • IV ― "İrəli"
  • V ― "Laylay"
  • VI ― "Qara buludlar"
  • VII ― "Basqın"
  • VII ―
  • IX ― "Ananın səsi"
  • X ― Final
  1. Dilarə Quliyeva. "Vasif Adıgözəlovun yaradıcılığında "Odlar Yurdu" oratoriyasının əhəmiyyəti" (az.). Konservatoriya elmi jurnal. 17.01.2023 tarixində arxivləşdirilib (PDF).