Odlu cəng arabaları (film, 1981)

"Odlu cəng arabaları" (ing. Chariots of Fire) — rejissor Hyu Hadson tərəfindən 1981-ci ildə çəkilmiş Britaniya tarixi dramı. Bu film Parisdə keçirilmiş 1924 Yay Olimpiya Oyunlarında iştirak etmiş iki idmançının: tanrı yolunda çalışan dindar şotland sprinteri Erik Liddel, digəri isə İngiltərə yəhudisi Harold Abrahams haqqındadır. Bu film Kann kinofestivalında (1981) 2 mükafat, 4 nominasiyada Oskar mükafatı (Ən yaxşı film, 1982), 3 BAFTA mükafatı (1982) və digər mükafatlar qazanmışdır. Film, həmçinin məşhur yunan bəstəkarı Vangelisin sonradan dünya hit-paradında birinci yerləri bölüşəcək instrumental musiqisi ilə də yaddaşlarda qalmışdır.

Odlu cəng arabaları
Chariots of Fire
Janr Tarixi film
dram
Rejissor Hyu Hadson
Prodüserlər Devid Puttnem
Ceyms Krouford
Dodi Fayed
Ssenari müəllifi Kolin Uelland
Baş rolda Ben Kross
Operator Devid Uotkin
Bəstəkar Vangelis
Montajçı Terri Roulinqs[d]
İstehsalçı Allied Stars
Distribütor MOKEP[d], Netflix, Disney+
İlk baxış tarixi 30 mart 1981[1], 7 may 1982[1], 26 sentyabr 1981[1], 31 mart 1981[1], 15 may 1981[1], 9 aprel 1982[1]
Müddət 123 dəq.
Büdcə 5.500.000 $
Gəlir 59.303.359 $[2], 58.972.904 $[2]
Ölkə

{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}
Dil İngilis dili
İl 1981
Rəng rəngli
Çəkiliş yeri Edinburq
IMDb ID0082158
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı Academy Award for Best Costume Design Ən yaxşı musiqiyə görə "Oskar" mükafatı

Filmin başlığı ingilis şairi Uilyam Bleykin "Yerusəlim" himnindəki "Mənə odlu cəng arabalarını gətirin" sətrindən ilhamlanaraq verilmişdir.[3] Həmin himni filmin sonlarında eşidə bilərik. Həqiqətdə isə "odlu cəng arabaları" ifadəsi İncilin Çarlıqların dördüncü kitabından (2:11 və 6:17) götürülmüşdür.

1919-cu ildə Kembric Universitetinə daxil olan Harold Abrahams (Ben Kross) oxuduğu təhsil müəssisəsində antisemitizmlə qarşılaşsa da, lakin Qilbert və Sallivan klubunda iştirak etməkdən zövq alırdı. O, Kembricdə Triniti Böyük Kortunu saat əqrəbinin düz 12:00-u vurması ilə qaçaraq finişi vaxtında keçən yeganə şəxsə çevrilir. Abrahams məğlubedilməz qələbələr seriyasını bir sıra milli qaçış yarışlarında davam etdirir. Qaçışa köklənməsinə baxmayaraq, o, Qilbert və Sallivan klubunda Sibil adlı qıza aşiq olur.

Erik Liddel isə Çində şotland missionerləri ailəsində dünyaya göz açsa da Şotlandiyada yaşayırdı. Onun mömin bacısı Cenniyə Erikin rəqabətli qaçış yarışlarında iştirak planları xoş gəlmirdi. Lakin Erik Çinə missioner kimi yollanmazdan əvvəl qaçışı Tanrı yolunda çalışmaq kimi qəbul edirdi. Erik Liddel v ə Abrahams ilk dəfə qaçış yarışlarında iştirak edəndə bir-birlərinə qarşı yarışırlar. Abrahams məğlubiyyətə görə məyus olur. Bunu görən vaxtilə onu çalışdıran peşəkar məşqçi Sem Massabini ona texnikasını yaxşılatmaqda kömək etməsini təklif edir. Bu Kembric kolleci masterlərinin tənqidinə səbəb olur. Onlar bildirirlər ki, peşəkar məşqçidən istifadə eləmək centlemenliyə yaraşan deyildir. Abrahamsın bu əndişəni rədd etməsi ilə o antisemit və sinfi mənfi rəylərin təfsirinə çevrilir.

Erik Liddel bir dəfə qaçışla bağlı yarış səbəbindən təsadüfən kilsə ibadətini gedə bilmir. Buna görə bacısı Cenni onu qınayır və Tanrını artıq unutması ilə ittiham eləyir. Erik isə ona sonunda Çinə missioner kimi qayıdacağını bildiyini xatırladır və qaçarkən özünü Tanrı tərəfindən ilhamlanmış insan kimi hiss etdiyini bildirir. Qaçışı buraxmasını Tanrı qarşısında vicdansızlıq kimi dəyərləndirdiyini bildirir. O, həmçinin bacısına bu sözləri söyləyir: "Mən Tanrının məni hansı məqsəd üçün yaratdığını bilirəm. Lakin eyni zamanda o, məni sürətli yaradıb. Mən qaçanda Tanrının zövq almasını hiss eləyirəm".

Bu iki idmançı bir neçə illər ərzində olan yarışlar və hazırlıqlardan sonra Böyük Britaniyanı 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında təmsil etməli olurlar. Həmin heyət tərkibinə Abrahams Kembricdəki dostları lord Endrü Lindsey, Obri Monteq və Henri Stallard da var idi. Onların gəldiyi gəmi Parisə yaxınlaşdıqda Liddel xəbərlərdən öyrənir ki, onun iştirak edəcəyi 100 metr məsafə üzrə qaçış yarışları bazar günü olacaqdır. O, Uels şahzadəsi və Britaniya Olimpiya komitəsi tərəfdən olan təzyiqlərə baxmayaraq, yarışda iştirakdan imtina edir. Buna səbəb onun xristian inanclarının Şabat günü bunu etməyi qadağan etməsi idi. Ümid ancaq Liddelin komanda yoldaşı olan və 400 metrlik maneələrlə qaçışda gümüş medal qazanmış Lindseyə qalırdı. Lindsey Çərşənbə axşamı baş tutacaq 400 metrlik yarışda onun yerinə Liddelin iştirak etməsini təklif edir. Liddel isə bununla razılaşır. Onun dini inanclarının milli qürurun qarşısını kəsməsi dünya başlıqlarında yer almağa başlayır. Liddel Parisdə yerləşən şotland kilsəsində həmin bazar günü öz ibadətini eləyir və ibadətini bu sözlərlə bitirir:

" Tanrıya inanaraq onlar güclərini bərpa edəcəklər: onlar qartal kimi qanad açacaq, yorulmadan qaçacaq, zəifləməyəcək qədər gəzəcəklər. "

Abrahams 200 metrlik məsafə üzrə qaçışda ABŞ idmançılarına məğlub olur. O, 100 metrlik məsafənin onun medal qazanması üçün sonuncu şans olduğunu anlayır. O bu məsafədə yarışır və qalib gəlir. Onun məşqçisi Sem Mussabini uzun illər ərzində çalışqanlığın qızıl medalla nəticələndiyi bildirir. İndi Abrahams öz həyatını qura və onun qaçmasına etinasız yanaşan sevgilisi Sibilla ilə münasibətləri yenidən bərpa edə bilərdi. Yarışlara qədər amerikalı məşqçi öz idmançılarına Liddelin 400 metrlik məsafə üzrə qaçışda daha az şansının olmasını qeyd edir. Lakin amerikalı sprinterlərdən Cekson Şolz adlı birisi Liddelə dəstək olmasını bildirir. Liddel favorit sayılan amerikalı sprinterləri məğlub edərək qızıl medala sahib olur.

Britaniya yığması evə zəfərlə qayıdır. Film bitəndən sonra, ekranda Abrahamsın Sibillə evlənməsi, Britaniya yüngül atletika Federasiyasında dövlət xadimi kimi çalışması haqda yazılar peyda olur. Liddel isə Çinə missionerliyə yollanır. 1945-ci ildə yaponlar tərəfindən işğal olunmuş Çində onun ölümünü bütün Şotlandiya matəm içərisində qeyd etmişdir.

Ad Rol Qeyd
Ben Kross Harold Abrahams
İen Çarlson Erik Liddel
Naycel Hevers lord Endrü Lindsey
Nikolas Farrel Obri Montekki
Elis Kriqe Sibil Qordon
İem Holm Sem Mussabini
Bred Devis amerikalı sprinter Cekson Şolç
Denis Kristofer amerikalı sprinter Çarli Peddok

Tarixi dəqiqliyi

[redaktə | mənbəni redaktə et]
Abrahams (soldakı) və Lindsey (sağdakı) Triniti Böyük Kortunda

Filmdə Abrahamsın digər 3 Olimpiya idmançısı: Henri Stallard, Obri Montekki və Endru Lindseylə Kembricə birlikdə gəlməsi təsvir olunmuşdur. Abrahams və Stallard həqiqətən də tələbə olmuş və 1924-cü ildə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmişlər. Olimpiya oyunlarının mükafatçısı olan Montekki isə Kembricin yox, Oksford Universitetinin məzunu olmuşdur.[4] Obri Montekki Oksfordda və Olimpiya Oyunlarda olduğu zaman hər həftə anasına məktub göndərirmiş. Film həmin məktublar əsasında çəkilmişdir.

Lindsey obrazı Britaniya yüngül atletikasında çox vacib rol oynamış Lord Börliyə istinadən yaradılmışdır. Börlinin Kembricdə oxumasına baxmayaraq, o Abrahamsla eyni vaxtda təhsil almamışdır. Belə ki, Abrahams 1919-1923-cü illərdə, lord Börli isə 1923-1927-ci illərdə Kembricdə təhsil almışdır. 1924-cü il Olimpiya Oyunlarında qızıl medal sahibi olmuş Lou Duqlasın filmdə iştirak etməkdən imtina etməsi uydurulmuş Lendsi obrazının yaranmasına səbəb olmuşdur.[5] Filmin bir başqa səhnəsində Kembricdəki gündüz saat 12:00-da bitən Triniti Böyük Kort qaçış yarışı işıqlandırılmışdır. Burada Abrahamsın tarixdə ilk dəfə bir ilkə imza atması göstərilir. Əslində isə Abrahams heç vaxt bu yarış üçün cəhd göstərməmişdir. Bu göstəriciyə 1927-ci ildə təkcə lord Börli nail olmuşdur. Filmdə isə lord Börliyə əsaslanaraq yaradılan Lindsey obrazının isə bu qaçışda Abrahamsı stimullaşdırması və ondan 1 dəqiqə gec finiş xəttini keçməsi göstərilmişdir.

Abrahamsın gəlininin D'Oyly Carte opera truppasında oxuyan soprano Sibil Qordon adlı birisinin olması yalnışdır. Əslində, Abrahams 1936-cı ildə D'Oyly Carte opera truppasında oxuyan soprano Sibil Everslə evlənmişdir. 1934-cü ilə qədər isə onlar heç vaxt bir-birilərilə rastlaşmamışlar.[6] Filmdə Sibilin Qilbert və Sallivanın birgə müəllifi olduğu "Mikado" komik operasında Yum-Yum rolunu oynaması göstərilmişdir. Lakin nə Sibil Qordon, nə də Sibil Evers bu rolu oynamışdır. Sibil Evers yalnız Peep-Bonu oxuması ilə yaddaşlarda qalmışdır. Harold Abrahamsın Qilbert və Sallivana vurğunluğu filmdə olduğu kimi həqiqətdir.[7][8] although Evers was known for her charm in singing Peep-Bo, one of the two other "little maids from school".[6] Harold Abrahams' love of and heavy involvement with Gilbert and Sallivan, as depicted in the film, is factual.[9]

Liddelin bacısı isə filmdə göstərildiyindən bir neçə yaş cavan olmuşdur. Onun Eriki qınaması yalnışdır, çünki o, daima öz qardaşını idman karyerasında dəstəkləmişdir. Cenni Liddel filmin çəkilişində əməkdaşlıq etmiş və Erikin Parisdə şotland kilsəsində ibadəti zamanı qısa kameoda göstərilmişdir.[10]

1924-cü il Olimpiya Oyunları

[redaktə | mənbəni redaktə et]

Filmdə 1924cü il Olimpiya Oyunlarında baş vermiş bir sıra sərbəstliklər işıqlandırılmışdır. Onlardan biri Liddelin bazar günü qaçmaqdan imtina etməsi idi. O, Parisə yollanacaq gəmiyə minəndə 100 metr məsafə üzrə yarışların Şabat günündə baş tutacağını əvvəldən bilmirdi. Əslində isə yarışların keçirilmə vaxt qrafiki bir neçə ay əvvəl ictimaiyyətə açıqlanmışdır.[11] Liddelə Uels şahzadəsi, Britaniya Olimpiya komitəsi tərəfindən edilən təzyiqlərə baxmayaraq, onun bu məsafə üzrə qaçışlarda iştirak etməkdən imtina etməsi bütün dünya başlıqlarında işıqlandırılmışdır. Buna baxmayaraq, Parisə çatmayana qədər yarışların vaxtının dəyişdirilməsinə icazə vardı. Liddel həmin ayları 400 metr məsafəni öyrənməklə keçirmişdir. Onun 400 m məsafədə qalib olması həqiqətən də gözlənilməz olmuşdur.

Filmdə Lindseyin 400 m maneələrlə qaçışda medal qazanması və 400 m-lik növbəti qaçışda öz yerini Liddelə verməsi göstərilmişdir. Əslində isə Lindsey obrazının prototipi olmuş lord Börli 110 m-lik maneələrlə qaçışdan uzaqlaşdırılmış (O, 1928-ci ildə Amsterdamda keçirilən Olimpiya Oyunlarında 400 m məsafədə qalib olmuşdur) və adı 400 m məsafədə yarışan idmançılar siyahısına salınmamışdır.

Filmdə Abrahamsın 100 və ardınca 200 m-lik məsafədə Olimpiya Oyunlarında iştirakı göstərilir. Əslində Abrahams 100 m məsafə üzrə qaçışlarda qalib olsa da, 200 m məsafə qaçışda sonuncu olmuşdur. Həmin məsafədə isə Cekson Şolç qalib olmuşdur. Filmdə isə birinci olaraq, Abrahamsın 200 m-lik məsafədə uduzması, məşqçisi Sem Mussabininin onu danlaması və sonra 100 m məsafə üzrə qalib olması göstərilmişdir.

Erik Liddel həqiqətdə 200 m məsafə üzrə qaçışda yarışmış, Paddok və Şolzdan sonra üçüncü yeri tutmuşdur. Bu Abrahams və Liddelin eyni məsafədə yarışdıqları yeganə yarış olmuşdur. Filmdə onların İngiltərə Həvəskar Atletika Assosiasiyasının 1923-cü ildə təşkil etdiyi yarışda Liddelin Abrahamsı stimullaşdırmaq üçün saxta qələbəsi göstərilmişdir.[12]

Abrahams həmçinin estafet komanda tərkibində 4 x 100 açılış qaçısında gümüş medal qazanmışdır. Lakin bu filmdə göstərilməmişdir. Obri Montekki isə filmdə də göstərildiyi kimi 6-cı yeri tutmuşdur.[4]

Olimpiadada şəxs qeyri-dəqiqlikləri

[redaktə | mənbəni redaktə et]

Filmdə 100 m məsafə üzrə qaçışda bürünc mükafatçı "Tom Uotson" adlı bir obrazdır. Real medalçı isə Yeni Zenlandiyadan olan Artur Porrit olmuşdur. O, sadəcə filmdə adının çəkilməməsini bildirmişdir. Onun istəyi filmin prodüserləri tərəfindən qəbul edilmişdir. Uotson obrazının Yeni Zenlandiya milli yığma komanda tərkibinə Oksford Universitetindən seçilməsi Porritin həyatında olduğu kimidir. Porritdən savayı, 100 m məsafə üzrə yarışacaq idmançıların şəxsiyyəti Uels şahzadəsi tərəfindən yoxlanılarkən hamının şəxsiyyəti düz çıxmışdır.[13]

Filmdə Cekson Şolzun Liddelə 400 m məsafə üzrə final qaçışından əvvəl Bibliyadan onu ilhamlandıran sözlər olan zərf verməsi göstərilmişdir. Həmin zərfin içərisində yazılmışdır: "Yaxşı kitabda da deyildiyi kimi, kim məni qiymətləndirirsə, mən onu qiymətləndirəcəm. Uğurlar".[14]

Əslində qeydlər britaniya yığmasının üzvləri tərəfindən Liddelin yarışdan əvvəl Paris otelində massajistlərin yanına gəldiyi vaxt verilmişdir.[15]

Filmin 1920-ci illər dövrünə aid olmasına baxmayaraq, Vangelis fortepiano, sintezator və digər musiqi alətlərindən istifadə edərək 80-ci illərin müasir elektron musiqisindən istifadə etmişdir. Bu əvvəlki dövrlərə aid filmlərə aid radikal orkestr instrumentlərdən çıxmaq üçün cəsarətli addım idi.

Yen Çarlson (ön planda) və Ben Kross (sol) "Odlu cəng arabaları" musiqisi altında çimərlikdə qaçırlar.

Əslən yunan olan Vangelis elektron bəstəkar olmuş, 1960-cı illərdə Parisə gəlmiş, 1974-cü ildən isə Londonda yaşayır.[16] Rejissor Hyu Hadson onunla sənədli filmlərdə və reklam roliklərində birgə çalışmışdır. Daha çox isə Vangelisin 1979-cu ildə çıxmış Opera Sauvage və Çin albomları onda böyük təəssürat buraxmışdır.[17] Hadson Vengelisi seçimi barədə bu sözləri demişdir: "Bizə müasirlik hissi verən dövrün anoxronizmini verə bilən mahnı parçası lazım idi. Bu riskli addım idi, lakin biz bunu etdik". Bu saundtrek Vangelis üçün xüsusi əhəmiyyət kəsb edirdi. Bu mahnının verilməsindən sonra o Puttmana bu sözləri demişdir: "Mənim atam sprinterdir, bu himn onun üçündür."[16][18]

Hadson ilk əvvəl Vangelisin Opera Sauvage albomundan "L'Enfant" ("Körpə") melodiyasının filmdə səslənməsini istəyirdi.[19] Lakin çimərlik səhnəsi olduğu üçün bu mahnı çıxarıldı. Bu zaman Vangelis Hadsonu filmin ən yaxşı səhnəsi üçün yeni və yaxşı musiqi yaza biləcəyinə inandıra bilir. Sonra o, Hadson üçün "Odlu cəng arabaları" musiqisini ifa eləyir və musiqi sözsüz olaraq filmin saundtrekinə çevrilir. "L'Enfant" musiqisi isə filmdə atletlərin Parisə və stadiona daxil olduğu zaman nəfəsli orkestr tərəfindən stadionda marş şəklində ifa olunur.[20] Vangelisin "L'Enfant" elektron musiqisi həmçinin 1982-ci ildə çəkilmiş "Təhlükəli yaşamaq ili" filmində də səslənmişdir.

Vangelisin musiqisindən bir neçə hissə filmin saundtrek albomuna düşməmişdir. Onlardan biri şotland sprinteri Erik Liddelin Şotlandiya çöllərində qaçdığı zaman səslənən fon musiqisidir. Bu musiqi parçası "Himn"in bir hissəsi sayılır.

Filmdə həmçinin 1978-ci ildə Harold Abrahamsın dəfn mərasimində britaniya xoru tərəfindən ifa olunan "Yerusəlim" himnidir. 1804-1808-ci illərdə Uilyam Bleyk tərəfindən himnin sözlərinə 1916-cı ildə Parri tərəfindən musiqi bəstələnmişdir. Bu himn İngiltərənin "qeyri-rəsmi himni" kimi yazılmışdır. Bu musiqi ilə film bitir və həmçinin bu himndən olan sözlər filmin adlanmasına səbəb olmuşdur.[21] concludes the film and inspired its title.[22]

Çəkiliş yerləri

[redaktə | mənbəni redaktə et]
Qaçış səhnəsinin olduğu çimərlik

Musiqi ilə müşayət olunan çimərlik səhnələri Sent-Endryüsdə Vest Sands adlı yerdə çəkilmişdir. Çəkilişlərin aparıldığı yerdə hal-hazırda xatirə lövhəsi vardır.[23][24]

Kembricdə olan bütün səhnələr Hyu Hadsonun təhsil aldığı İton kollecində çəkilmişdir. Çünki Kembric Universiteti rəhbərliyi antisemitizm şəkillərindən çəkinərək çəkilişlərin orada aparılmasında imtina etmişdir. Sonradan Kembric administrasiyası filmin böyük uğura sahib olmasından sonra çəkilişlərin burada aparılmamasına görə təəssüfləndiklərini bildirmişdilər.

Britaniya səfirliyinin Parisdəki nümayəndəliyinə aid səhnələr Liverpul ratuşasında çəkilmişdir[25] . 1924 Yay Olimpiya Oyunlarının əsas arenası Paris yaxınlığındakı Kolombe kommunasında yerləşən İv dyu Manuar stadionu olmuşdur. Lakin filmdə səhnələr Bebinqtonda yerləşən Oval Stadiumda çəkilmişdir. Dəmiryolu səhnələri Yorkda yerləşən Milli Dəmiryolu Muzeyində çəkilmişdir. "Mikado" komik operasındakı səhnələr isə Doyli Carte opera truppasının üzvləri tərəfindən Savoyya teatrında çəkilmişdir.[26]

2012-ci il Olimpiya Oyunlarında yenidən xatırlanması

[redaktə | mənbəni redaktə et]
Odlu cəng arabaları səhnədə: ulduzlar Cek Louden, Cek Makardl və Vangelis

Odlu cəng arabaları filmi 2012 Yay Olimpiya Oyunlarında keçirilən aksiyalarda əsas mövzulardan biri olmuşdur. Filmin melodiyası ilə London-2012-ni Yeni il atəşfəşanlığında salamlaması zamanı səsləndirilmişdir.

Olimpiya parkını ilk test eləyən sprinterlər filmin musiqisindən ilhamlanmış və Olimpiya məşəlini Böyük Britaniya ərazisinə marşrut zamanı səsləndirilmişdir. Bu imstrumental musiqi oyunların açılış mərasimi zamanı London Simfonik Orkestri tərəfindən ifa olunmuşdur. İfa Rouen Atkinsonun (Mr.Bin) filmdə çimərlik səhnəsini parodiya etməsi ilə müşayət olunmuşdur. Filmin melodiyası hər medal təltif edilməsi zamanı səsləndirilmişdir.

Mükafatlar və nominasiyalar

[redaktə | mənbəni redaktə et]
Mükafatlar və nominasiyalar
Mükafat Kateqoriya Laureat və namizədlər Nəticə
Oskar mükafatı Ən yaxşı film Devid Puttnam Qazandı
Ən yaxşı rejissor Hyu Hadson Namizəd
Ən yaxşı ssenari Kolin Uelland Qazandı
Ən yaxşı ikinci plan aktyoru Ien Holm Namizəd
Ən yaxşı montaj Terri Roulinqs Namizəd
Ən yaxşı kostyum dizaynı Milena Kanonero Qazandı
Ən yaxşı musiqi Vangelis Qazandı
Amerika Kino mükafatları Ən yaxşı ikinci plan aktyoru Ien Holm Namizəd
BAFTA mükafatı Ən yaxşı film Devid Puttnam Qazandı
Ən yaxşı rejissor Hyu Hadson Namizəd
Ən yaxşı ssenari Kolin Uelland Namizəd
Ən yaxşı ikinci plan aktyoru Nigel Havers Namizəd
Ien Holm Qazandı
Ən yaxşı montaj Terri Roulinqs Namizəd
Ən yaxşı kostyum dizaynı Milena Kanonero Qazandı
Ən yaxşı operator işi Devid Uotkin Namizəd
Ən yaxşı musiqi Vangelis Namizəd
Ən yaxşı dizayn Rocer Holl Namizəd
Ən yaxşı səs Kliv Uinter, Bill Rou, Cim Şilds Namizəd
Britaniya kinematoqrafçılar cəmiyyəti Devid Uotkin Namizəd
Kann kinofestivalı Qızıl Palma Budağı Hyu Hadson Namizəd
Prize of the Ecumenical Jury Hyu Hadson Qazandı
Ən yaxşı ikinci plan aktyoru Ien Holm Qazandı
Amerika rejissorlar gildiyası mükafatı Ən yaxşı rejissor işi Hyu Hadson Namizəd
Qızıl Qlobus mükafatı Ən yaxşı əcnəbi film Hyu Hadson Qazandı
Qremmi mükafatı Ən yaxşı instrumental pop ifa Erni Uots Qazandı
London kinotənqidçilər birliyinin mükafatı İlin filmi Hyu Hadson Qazandı
İlin ssenarisi Kolin Uelland Qazandı
Los Anceles kinotənqidçilər birliyi mükafatı Ən yaxşı əcnəbi film Hyu Hadson 2-ci yer
Ən yaxşı musiqi Vangelis 2-ci yer
Nyu-York kinotənqidçilər birliyi mükafatı Ən yaxşı film 4-cü yer
Ən yaxşı rejissor Hyu Hadson 3-cü yer
Ən yaxşı operator işi Devid Uotkin Qazandı
Toronto Beynəlxalq film festivalı Tamaşaçıların seçimi Hyu Hadson Qazandı
  1. 1 2 3 4 5 6 Release info (çd.). 1990.
  2. 1 2 Box Office Mojo (ing.). 1999.
  3. Dans, Peter E. Christians in the Movies: A Century of Saints and Sinners. Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine Rowman & Littlefield, 2009. p. 223.
  4. 1 2 Aubrey Montague biography Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine at SportsReference.com
  5. Chapman, pp. 275, 295.
  6. 1 2 Ryan (2012), p. 188.
  7. Stone, David. Sybil Gordon Arxivləşdirilib 2009-10-01 at the Wayback Machine at the Who Was Who in the D'Oyly Carte Opera Company website, 11 July 2002. Retrieved 8 November 2009
  8. Stone, David. Sybil Evers Arxivləşdirilib 2014-10-15 at the Wayback Machine at the Who Was Who in the D'Oyly Carte Opera Company website, 28 January 2002. Retrieved 8 November 2009
  9. Hugh Hudson's commentary to the 2005 Chariots of Fire DVD
  10. Ramsey, Russell W. A Lady – A Peacemaker Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine. Boston: Branden Publishing Company, 1988.
  11. Murray, Feg. "DID YOU KNOW THAT ..." Arxivləşdirilib 2012-11-07 at the Wayback Machine. Los Angeles Times. 24 June 1924. Full headline reads, "Did You Know That Famous Scotch Sprinter Will Not Run In The Olympic 100 Metres Because The Trials Are Run On Sunday".
  12. "Recollections by Sir Arthur Marshall". Content.ericliddell.org. 15 February 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 April 2009.
  13. Arthur Espie Porritt 1900–1994. "Reference to Porritt's modesty". Library.otago.ac.nz. 30 October 2005 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 April 2009.
  14. The quoted passage is First Samuel 2:30.
  15. Reid, Alasdair. "Harold Abrahams and Eric Liddell". The Times. 1 August 2000.
  16. 1 2 "Daily Telegraph newspaper, 21 November 1982". 8 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2015.
  17. MacNab, Geoffrey. "Everyone Was a Winner when British Talent Met the Olympic Spirit" Arxivləşdirilib 2014-10-28 at the Wayback Machine. The Independent. 13 April 2012.
  18. McLaughlin, John. "In Chariots They Ran" Arxivləşdirilib 2013-01-04 at Archive.today. Runner's World. February 2012.
  19. ""L'Enfant", from Opera Sauvage". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-30.
  20. "Trivia about Vangelis". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-30.
  21. Sanderson, Blair. Hubert Parry. Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine AllMusic Guide, reprinted in Answers.com.
  22. Manchel, Frank. Film Study: An Analytical Bibliography. Arxivləşdirilib 2014-10-26 at the Wayback Machine Fairleigh Dickinson University Press, 1990. p. 1013
  23. Chariots of Fire – St Andrews Arxivləşdirilib 2001-02-28 at the Wayback Machine Scotland: The Movie Location Guide
  24. Tours: St Andrews Arxivləşdirilib 2010-06-14 at the Wayback Machine Gray Line Tours. Describes Grannie Clark’s Wynd, a public right-of-way over the 1st and the 18th of the Old Course, which was where the athletes were filmed running for the final titles shot.
  25. "Chariots of Fire". Where Did They Film That?. 3 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 February 2007.
  26. Bradley, Ian, ed.The Complete Annotated Gilbert and Sullivan. Arxivləşdirilib 2020-07-27 at the Wayback Machine Oxford University Press, 2005. p. 576.
7.2 - 10 ulduzdan  (Yoxlanılıb 25 aprel 2012)