Alov qurğusu və ya alov maşını - yanğın törətmək üçün nəzərdə tutulmuş və alov axınını çox uzun müddət ərzində mexaniki olaraq idarə edə bilən bir cihaza verilən addır. Bu maşınlar I Dünya Müharibəsi illərində istifadə edilməyə başlandıqdan sonra məşhurlaşmış və bundan sonra bu maşınlardan geniş bir formada istifadə olunmağa başlanmışdır.[1]
Bəzi modellərində alov axını yanan mayelər vasitəsilə yaradılırarkən, bəzi modellərində isə sistem qazla işləyir. Əksər hərbi məqsədlər üçün nəzərdə tutulmuş olan alov maşınlarında tez alışan mayelərdən istifadə olunduğu halda, kommersiya tipli alov maşınlarında isə təbii qaz və yaxud da təzyiqli propanın istifadə edilməsi təhlükəsiz məqsədilə daha məqsədəmüvafiq hesab olunmuşdur. Hərbçilər tərəfindən istifadə edilmiş olan idarə olunan yanma qabiliyyəti başqaları tərəfindən kənd təsərrüfatında (məsələn, şəkər qamışı sahələrinin yandırılması) və ya digər torpaq işlərində istifadə edilmişdir. Bu maşınlar ya operatorlar tərəfindən daşınar, ya da avtomobilə quraşdırılmaq üçün nəzərdə tutulmuş ola bilərdilər.[2]
İlk hərbi alov qurğuları Birinci Dünya Müharibəsi zamanı səngərlər arasında yaxın döyüşlərdə istifadə edilmiş, İkinci Dünya Müharibəsi zamanı isəonun istifadə sahələri daha da genişlənmişdir. Portativ olanları iki hissədən ibarət olurlar; istifadəçinin belində daşıdığı depo hissəsi və əlində tutduğu tapança hissəsi. Depo hissəsi adətən iki və ya üç müxtəlif silindr formalı borudan ibarət olur. İki silindrli sistemlərdə, bir silindrdə sıxırdırılmış yanan qaz (adətən azot), digərində isə seyrəltdirilmiş yanan maye mövcud olur. Üç silindrli sistemlərdə isə mərkəzdəki boruda sıxırdırılmış qaz, kənarlardakı digər iki boruda isə yanan maye mövcud olur. Təzyiq altındakı qaz, yanacağı borudan çölə buraxır və hərəkət etdirilə bilinən yanacaq şlanqı vasitəsilə də tapançaya çatdırılır. Tətik çəkilərək də alov yayılır. Alov qurğusu hədəf alınmış insan üçün fiziki və psixoloji cəhətdən son dərəcə ağrılı və əzabvericidir. O qədər güclü təsirə malik olmuşdurlar ki, o vaxtlar onların qadağan edilməsi haqqında belə diskussiyalar həyata keçirilmişdir. Alovundan əlavə olaraq, vurduğu yerə yapışan və yanmağa davam edən Napalm kimi tez alışan maye birləşmələrin püskürdülməsinin nəticəsində onun təsir məsafəsi 50–80 metrə qədər artmışdır (orta tapança məsafəsi).[1][3] Məhz bunlara görə şəhər döyüşlərində istifadəsi daha müvafiqdir. Hərbi alov qurğuları öz istifadəçiləri üçün bəzi risklər də daşımışdırlar;