Propan, C3H8 — Alkanlar sinfindən üzvi maddə. Təbii qazın tərkibində mövcuddur və neft məhsullarının parçalanması zamanı əmələ gəlir. Zəhərlidir.
Propan | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C3H8 |
Molyar kütlə | 44,1 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0.5853@-45°C q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | −187,6 °S |
Qaynama nöqtəsi | −42,09 °S |
Buxarın təzyiqi | 8,4 ± 0,1 atm[1] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 74-98-6 |
PubChem | 6334 |
SMILES | CCC |
RTECS | TX2275000 |
ChEBI | 32879 |
ChemSpider | 6094 |
Propan rəngsiz, iysiz qazdır. Suda çox az miqdarda həll olur. Qaynama temperaturu −42,1 °S. Buxar konsetntratları 2,1%-dən 9,5%-ə qədər olan hava ilə qatışığı partlayış təhlükəsi yaradır.
0,1 MPa təzyiqdə (760 mm c.süt.) öz-özünə yanma temperaturu 466°S-dir.
Alkan sırasının digər nümayəndələri ilə eyni kimyəvi xassələrə malikdir (dehidridləşmə və s.).