Oksana Stepanovna Madaraş (ukr. Окса́на Степа́нівна Ма́дараш; 12 sentyabr 1969, Buçaç[d], Ternopil vilayəti) — Ukrayna yüksək kateqoriyalı dirijoru, Kiyev Milli Akademik Operetta Teatrının rejissoru, xormeyster-rejissoru, müəllimi. O, Ukraynanın əməkdar artisti (2008) və Ukraynanın xalq artisti (2019) fəxri adlarına layiq görülmüşdür.
Oksana Madaraş | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 12 sentyabr 1969 (54 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Təhsili |
|
Mükafatları | |
oksanamadarash.com |
Oksana Madaraş 12 sentyabr 1969-cu ildə SSRİ respublikalarından olan Ukrayna SSR-də, Ternopol vilayətinin Buçaç şəhərində anadan olmuşdur. O, 1989-cu ildə Nikolayev Dövlət Musiqi Məktəbinin dirijorluq və xor fakültəsini bitirmişdir. Madaraş ali musiqi təhsilini Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasında almışdır. O, 1989–1994-cü illərdə Ukraynanın xalq artisti, professor Viktor Petriçenkonun sinfində xor dirijorluğu, opera və simfonik dirijorluq kafedrasının seçmə kursu (professor, Ukrayna və Rusiyanın xalq artisti V. Kojuxarinin sinfi), Ukraynanın xalq artisti, professor Yevgeni Duşşenkonun sinfində opera və simfonik dirijorluq, 2002–2005-ci illərdə Yevgani Duşşenkonun sinfində assistentlik – opera və simfonik dirijorluq kafedrasında internatura üzrə təhsil almışdır. Madaraş təhsil aldığı müddətdə Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının Opera Studiyasında dirijorluq etmişdir (Sergey Raxmaninovun "Aleko", Pyotr Çaykovskinin "Yevgeni Onegin", Coakkino Rossininin "Sevilya bərbəri" əsərləri). O, 1994–2002-ci illərdə "Dumka" Milli Akademik Kapellasında işləmişdir. Madaraş 2002-ci ildən Kiyev Milli Akademik Operetta Teatrının səhnə dirijoru və Kiyev Uşaq Rəssamlıq Akademiyasının Musiqi fakültəsinin gənc tələbələrin kamera orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur. O, Stankoviç adına 1-ci Beynəlxalq müsabiqənin laureatıdır.[1]
Oksana Madaraş nüfuzlu musiqi müsabiqələrində, o cümlədən Antonio Pedrotti adına simfonik dirijorların beynəlxalq müsabiqəsində (Trento, İtaliya), V. Cordan adına simfonik dirijorların beynəlxalq müsabiqəsində (Xarkov), Simfonik dirijorların II Milli müsabiqəsində iştirak etmişdir. Beynəlxalq festivallarda iştirak VII, X, XI, XII, XIII, XIV, XV, XVI, XVII Beynəlxalq "Operetta Kaunas qalasında" festivalı (Litva),[2] I–V Beynəlxalq "O — Fest" Musiqi Festivalı (Kiyev, Buça), "Fransız baharı" (Kiyev), "Bukovynanın qızıl alqışları" (Çernovtsı),[3] "Tavriyanın Melpomena" (Xerson), "Qoqol-fest" (Poltava) və s.
Oksana Madaraş 2014-cü ilin mart ayında Kaunas Dövlət Musiqi Teatrında Coakkino Rossininin "Sevilya bərbəri" tamaşasının dirijoru kimi çıxış etmək üçün dəvət alıb. Tur fəaliyyəti həm Ukrayna şəhərlərində, həm də xaricdə çıxışlardan ibarətdir.