Oksana Markarova (ukr. Оксана Сергіївна Маркарова 28 oktyabr 1976, Rovno) — Ukrayna dövlət xadimi və iqtisadçısı. 22 noyabr 2018-ci il tarixdən 4 mart 2020-ci ilədək Vladimir Qroysman və Alexsey Qonçarukun kabinetində maliyyə naziri olmuşdur. Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür (31 may 2019-cu ildən)
Oksana Markarova | |
---|---|
ukr. Оксана Сергіївна Маркарова | |
Doğum tarixi | 28 oktyabr 1976 (48 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | iqtisadçı, siyasətçi, diplomat |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Erməni-ukraynalı ailədə anadan olub. İlk ali təhsilini Kiyev-Moqıla Akademiyasında alır və burada ətraf mühit elmləri magistrı olur. Sonra ABŞ-nin Bluminqton şəhərindəki İndiana Universitetində təhsil alır. Orada beynəlxalq ictimai maliyyə və ticarət üzrə magistr dərəcəsi alır.
1998-ci ildən 1999-cu ilə 2001-ci ildən 2003-cü ilə qədər Amerika Xüsusi Sərmayə Fondu Western NIS Müəssisə Fondunda (hazırda Horizon Capital tərəfindən idarə olunur) İqtisadi Siyasət Müşaviri, Xarici və Korporativ Əlaqələr Meneceri vəzifəsini tutmuşdur. 2000-ci ildə ABŞ-da Dünya Bankında təcrübə keçmişdir[1][2]. 2015-ci ildən bəri Oksana Markarova iqtisadiyyatın dövlət sektoruna keçir.
2015-ci ilin martından 2016-cı ilin aprelinə qədər nazir müavini - Ukrayna Maliyyə Nazirliyinin aparat rəhbəri vəzifəsini tutur.
29 aprel 2016-cı ildə yeni hökumətin gəlişi ilə Ukrayna Maliyyə Nazirinin Birinci müavini vəzifəsinə təyin edilir[3].
8 iyun 2018-ci ildə Aleksandr Danilyukun vəzifəsindən azad edilməsi ilə əlaqədar olaraq[4], Ukraynanın Baş naziri Vladimir Qroysmanın əmri ilə Ukraynanın Maliyyə Naziri vəzifəsinə təyin edilir[5][6].
22 noyabr 2018-ci ildə Ukraynanın Maliyyə Naziri vəzifəyə təsdiq edilir, 242 deputat onun Ukraynanın Ali Radasında təyin edilməsinə səs verir (lazım olan səs 225)[7].
4 mart 2020-ci il tarixində Ali Radanın əksəriyyəti Ukrayna Nazirlər Kabineti ilə birlikdə vəzifəsindən azad edildi[8].