Oktaqon (film, 1980)

Oktaqon1980-cı ildə Çak Norrisin iştirakı ilə çəkilən ABŞ filmidir.

Oktaqon
The Octagon
Janr Döyüş filmi
Əsas mövzu Nindza
Rejissor Erik Karson
Baş rolda Çak Norris
Operator Mişel Hyuqo
Bəstəkar Dik Xalliqan
İstehsalçı American Cinema Productions
Distribütor Netflix
İlk baxış tarixi 1980
Müddət 103 dəqiqə
Gəlir $18 971 000 milyon (ABŞ)[1]
Ölkə ABŞ ABŞ
Dil İngilis dili
İl 1980
Rəng rəngli
IMDb ID0081259

Varlı qadın Castin bandanın təhdidlərinə məruz qalır. Bu səbəbdən özünə ən yaxşı cangüdən tapmaq istəyir. Castin karate üzrə keçmiş dünya çempionu Skott Ceymsi onu qoruması üçün təyin etmək istəyir. Amma Skott Ceyms əvəlcə onunla razılaşmaq istəmir. Bir müddətdən sonra Skott öyrənir ki, həmin nindza bandanın başçısı Seykuradır. Skott uşaqlıq vaxtlarında onunla birlikdə döyüş sənətini bir müəllimdən öyrənmişdir. Skott həmin müddətdə döyüş qabiliyyətinə görə Seykuradan fərqlənirdi. Bu isə Seykuranın ona paxıllıq etməsinə gətirib çıxarırdı. Bir neçə müddət keçdikdən sonra Castin gecə vaxtı yolda gedərkən ona atəş açılır və Castin ölür. Ona yetişən Skott Castinin öldüyünü görür. Həmin müddətdən etibarən Skott üçün vəziyyət daha da gərginləşir...

Ad Rol
Çak Norris Skott Ceyms
Karen Karlson Castin Ventvort
Li Van Klif Mak Karn
Tadaşi Yamaşita Seykura
Karol Baqdasarian Aura
Riçard Norton kaskadyorlardan biri
Art Hindle A.J.
Kim Lenkford Nensi
Kurt Qreyson Doqqo
Yuki Şimoda Katsumoto
  1. "The Octagon (1980)". Box Office Mojo. 30 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]