Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Oktav Bençile (rum. Octav Băncilă; d. 4 fevral 1872, Botoşani – ö. 3 aprel 1944, Buxarest) — Rumıniya realist rəssamı və solçuluq aktivisti. O, jurnalist Sofia Nadejdanın qardaşı və Ioan Nadejdanın qaynıdır (ateist, sosialist, Kontemporanul qəzetinin redaktoru).
Oktav Bençile | |
---|---|
Octav Băncilă | |
Doğum adı | Octav Băncilă |
Doğum tarixi | |
Doğum yeri | Korni, Botoşani, Rumıniya |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Buxarest, Rumıniya |
Vətəndaşlığı | Rumıniya |
Fəaliyyəti | rəssam, aktivist |
Təhsili |
Corc Enesku Yassı Dövlət İncəsənət Universiteti Münhen İncəsənət Akademiyası |
Janr | realizm |
Stil | realizm |
Tələbələri | Baba Korneliu |
Vikianbarda əlaqəli mediafayllar |
1872-ci ildə Botoşanidə doğulan Oktav 4 yaşında valideynlərini itirdikdən sonra böyük bacısı və onu incəsənətə ilk həvəsləndirən şəxs bacısının həyat yoldaşının ailəsində Yassıda böyüyüb.[1] Orta məktəbi bitirdikdən sonra o, Yassı İncənət Gimnaziyasına daxil olub və burada həmin dövrün məşhur rəssamları Corc Panaytinu Bardasar, Konstantin Daniel Stahi və Emanoyl Bardasardan dərs alıb. O,1894-1897-ci illər arasında təqaüdlə xaricdə yaşayıb və oxuyub: əvvəlcə İtaliya və Fransada, sonra Almaniyada Münhen İncəsənət Akademiyasında Nikolas Gizisin sinfində təhsil alıb (bitirib bitirmədiyi dəqiq deyil).[2]Xaricdən qayıtdıqdan sonra o, Yassının mərkəzində emalatxana açmaq istəsə də maliyyə çatışmazlığı üzündən şəhər kənarını seçməli olub. Bu illər Bençilanın əsas rəsm mövzularını müəyyənləşdirdiyi dövr idi: kəndlilərin, fabrik işçilərinin, yoxsullaşmış yəhudi tacirlərinin və sənətkarlarının, mühafizəçi əsgərlərin, köçəri romalıların yaşayışı.[3] 1901-ci ildən o, şəhər məktəblərində kalliqrafiya və rəsm dərsləri verməyə başlayıb. 1905-ci il Rus inqilabından təsirlənən Oktav Bençila siyasətə maraq göstərib və tezliklə Qala Qalaktion və Paul Bujorla birlikdə tanınmış sosialistlərdən biri olub.[4]1907-ci il Ruminiya kəndli üsyanının yatırılmasından sonra Oktav ölkəni səyahətə çıxıb və hökumətin repressiya və zorakılıq törətməsini sübut edən dəlillər toplamağa başlayıb. Nəticədə onun 12 rəsm əsəri yaranıb (hamısı bu günə qədər qorunmayıb). Bu əsərlərə onun məşhur əllərinin açmış qoca (Înainte de 1907, " 1907-dən əvvəl") qalaqlanmış cəsədlər və 1907 (yanğından paltarları didik-didik olmuş kəndlilər təsvirli) rəsmləri daxildir.[5] Birinci dünya müharibəsi başladıqdan sonra o, pasifist mövqeyi tutmuş və öz əsərləri ilə münaqişələrin yaranma səbələrini izah etməyə çalışmışdır.[6] 1916-cı ildə Oktav Yassı İncənət Gimnaziyasına professor təyin olunub (1937-ci ildə təqaüdə çıxana qədər bu vəzifədə işləyib). O, Konstantion İon Parxon və Paul Bujorla birlikdə 1919-cu ildə tezliklə Kəndlilər Partiyasına daxil edilən İşçi Partiyasını (Partidul Muncitor) yaradıb.[7]
Vasile (Basil), the butler of the Arizan household, 1897
End of Leave, 1898
Good Deal, 1899
Rag Picker, 1908
Deserter, 1908
Woman Portrait, 1908
Lost in Calculations, 1909
The Children of the Painter, 1914
Self-portrait
Povestirea (Prevestirea) răscoalei din 1907
Înainte de 1907
Blestemul
1907
Pribeagul {1910}
Propagandistul {1914}
La Sfat
Recunoasterea
Inmormantarea
Historia