Oqtay Sinanoğlu (türk. Oktay Sinanoğlu, 25 fevral 1935[1], Bari – 19 aprel 2015, Mayami, Florida25 fevral 1935) — professor, Humboldt mükafatı laureatı[2]
Oqtay Sinanoğlu | |
---|---|
türk. Oktay Sinanoğlu | |
Doğum tarixi | 25 fevral 1935[1] |
Doğum yeri | |
Vəfat tarixi | 19 aprel 2015 (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahəsi | fiziki kimya |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Oqtay Nüzhət oğlu Sinanoğlu 26 fevral 1935-ci ildə İtaliyanın Bari şəhərində anadan olmuşdur. Atası o dövrdə Türkiyənin İtaliyadakı səfiri olduğunda Oqtay 1939-cu ilə qədər ailəsi ilə burada yaşamışdır. 1939-cu ildə Türkiyəyə qayıtdıqdan sonra Ankara şəhərində Yenişəhər Liseyində təhsil almağa başlamışdır.[3] 1953-cü ildə orta məktəbi bitirən Oqtay təhsilini davam etdirmək üçün ABŞ-yə yola düşür. O, 1956-cı ildə Kaliforniya Universitetini (Berkli) kimya mühəndisi ixtisası üzrə ən yüksək göstəricilərlə başa vurur. 1957-ci ildə 8 ay müddətinə Massaçuset Texnologiya İnstitutunda təhsilini ən yüksək qiymətlərlə başa vurduqdan sonra 2 il ərzində Kaliforniya Universitetində doktorluq işini tamamlayır.
1960-cı ildən Yel (Yale) Universitetinde associate professor kimi fəaliyyət göstərməyə başlayır[4]. 1961-ci ildə o, "Alfred P. Sloan" mükafatına, 1963-cü ildə 28 yaşında professor adına layiq görülür və XX əsrdə Yel Universitetinin ən gənc professoru olur. Bundan başqa o, Molekulyar biologiya kafedrasına ömürlük rəhbərlik etmək hüququ da qazanır. 1964-cü illdə universitetin nəzəri kimya fakültəsini yaradan Sinanoğlu buradakı faəliyyət müddətində "Atom və molekulların çox-elektron teoremi" (1961), "Şəbəkə nəzəriyyəsi" (1964), "Kimyəvi reaksiyaların mexanizm qanunu" (1974), "Mikrotermodinamika" (1981) kimi işlərini həyata keçirir. Yel Universitetində 37 il fəaliyyət göstərdikdən sonra 1997-ci ildə təqaüdə çıxaraq Türkiyəyə qayıtmışdır. Eyni il Ulduz Texniki Universitetində çalışmağa başlayan Sinanoğlu 2002-ci ilə qədər univeristetin professoru olmuşdur. Kimya ilə yanaşı Türk dilçilik elminə də böyük töhfələr verən Sinanoğlu qeyd edirdi: "Türk dili özlüyündə riyazi bir dildir və elm üçün çox əlverişlidir" . Bu haqda olan fikirlərini "Türk Ədəbiyyatı", "Türk yurdu", "Miliiyət", "Yeni Türkiyə" kimi jurnallarda çap etdirdiyi məqalələrində əks etdirmişdir.
Akademik əsərləri:
Kitabları:
1973-cü ildə elm sahəsində nüfuzlu mükafatlardan biri sayılan Humboldt adına mükafatın ilk laureatı olmuşdur. Digər mükafatları aşağıdakılardır: