Oktoberfest terror hücumu (alm. Oktoberfestattentat) - Almaniyada fəaliyyət göstərən radikal sağ terror qrupları tərəfindən törədilmiş terror aktı. Oktoberfest terror hücumu 1980-cı ilin 26 sentyabr tarixində Oktoberfest festivalının hər il ənənənvi formada təşkil edildiyi Münhen şəhərində baş vermişdir. Baş verən terror hücumu nəticəsində 13 nəfər həlak olmuş və 211 nəfər isə yaralanmışdır. Oktoberfest terror hücumu Qərbi Almaniyada yaşanmış ən genişmiqyaslı terror aktlarından biri hesab olunur. Hadisənin törətməkdə günahlandarılan Gundolf Köhler adlı 21 yaşlı alman tələbə hadisə yerində baş verən partlayış zamanı həlak olmuşdur. Köhlerin partlayıcı qurğunu insanların çox olduğu məkana yerləşdiyi məlumdur. Gundolf Köhler tək başınamı, yoxsa qrup şəklində hərəkət etdiyi bu günə qədər müəyyənləşdirilə bilməyib.[1]
Oktoberfest terror hücumu | |
---|---|
Hücum yeri |
Münhen, Almaniya |
Hücum hədəfi | Oktoberfest iştirakçıları |
Vaxt |
26 sentyabr 1980 |
Silah | Partlayıcı |
Həlak olanlar | 13 |
Yaralılar | 211 |
Təşkilatçılar | Radikal sağçılar |