Oktoqon meydanı (mac. Oktogon tér) — Budapeştdə Böyük Bulvar dairəsi ilə Andraşi prospektinin kəsişməsində yerləşir. Meydanın adı onun forması ilə verilmişdir (Oktogon - "səkkizbucaq"). 1870-ci illərdə meydanda inşa edilən binalar, Antal Skalnitskinın dizaynına görə, sekkizbucaqdır. Budapeşt metrosunun 1-ci "kiçik" xəttinin Oktoqon stansiyası meydanın altında yerləşir. 1936-1945-ci illərdə meydan Mussolini adını daşıyırdı və müharibədən sonrakı dövrdə 7 noyabr meydanı adlandırıldı. 1990-cı ildə meydan orijinal adını geri qaytardı.