Oktyabrın on illiyi (film, 1927)

Tarixi-sənədli film Oktyabr inqilabının qələbəsindən sonra Azərbaycanın keçdiyi yolu işıqlandırır. Filmin əvvəlində sahibsiz qalmış neft mədənləri, fəhlə-neftçilərin ağır yaşayış şəraiti, sökülüb dağıdılmış parovozlar, yoxsul bazarlar və aclıq çəkən xalqın ağır güzəranı göstərilir. Sonra ekranda XI Qırmızı Ordunun təntənəli paradı əks olunur.

Oktyabrın on illiyi
Fayl:Oktyabrın on illiyi (film, 1927).jpg
Janr tarixi
Rejissor Mikayıl Mikayılov
Ssenari müəllifi Mikayıl Mikayılov
Operator İvan Tartakovski
İstehsalçı Azdövlətkino
İlk baxış tarixi 1927
Filmin digər adı 10 il
Filmin növü tammetrajlı sənədli film
Ölkə SSRİ SSRİ
Dil səssiz
Texniki məlumatlar 6 hissə
1495 metr
Rəng ağ-qara
Çəkiliş yeri Bakı
Filmdə sənaye və kənd təsərrüfatı sahələrində yenidənqurma işləri, konserv zavodunun tikintisi, pambıqçılğın inkişaf etdirilməsi, İliç buxtasının doldurulması, Əli Bayramov adına ilk qadınlar klubunun işi, bu klubun əsasını qoyan Ceyran xanım Bayramova, Səriyyə Xəlilovanın təşkilatçılığı öz əksini tapmışdır.
Oktyabr inqilabının X ildönümünün bayram edilməsi günü keçirilən parad və zəhmətkeşlərin nümayişi də filmə daxil edilmişdir.

Kinolentdə arxiv materiallarından geniş istifadə edilmişdir.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Mikayıl Mikayılov
Ssenari müəllifi: Mikayıl Mikayılov
Operator: İvan Tartakovski
  • Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года.
  • Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.