Okunaşima adası (大久野島?) — Yaponiyanın Hiroşima prefekturasının Takexara şəhərinə məxsus olan, Daxili Yapon dənizində yerləşən kiçik adadır. Bu adaya yaxınlıqdakı qəsəbələrdən bərə vasitəsilə gəlmək olar. Ada turistlər arasında çox məşhurdur. Adanın qeyri-rəsmi adı "Dovşanlar adası" (ウサギの島?) kimi tanınır. Bunun da səbəbi burada çoxlu vəhşi dovşanların olmasıdır. Onlar adada yaşayırlar və insanlardan tamamilə qorxmurlar. Ada İkinci dünya müharibəsinin gedişatında böyük rol oynamışdır. Çünki burada kimyəvi silahların istehsalı üzrə zavod yerləşirdi.
Okunoşima adası | |
---|---|
yap. 大久野島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,7[1] |
Uzunluğu |
|
Eni | 0,8 km |
Yerləşməsi | |
34°18′31″ şm. e. 132°59′35″ ş. u. | |
Ölkə | Yaponiya |
Vilayət |
|
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əvvəllər ada dinc məqsədlər üçün xüsusi istifadə olunurdu. O zamanlar adada 3 balıqçı ailəsi yaşayırdı. Çin-yapon müharibəsi (1894—1895) ərəfəsində əhəmiyyətli strateji vəziyyətlə əlaqədar olaraq ada və onun ətrafında on istehkam tikilir.[2]
1925-ci ildə Elm İnstitutu və İmperator Ordusunun Texnologiyaları kimyəvi silahların hazırlamasını elan etdi. Kimyəvi silahların hazırlandığı zavodun yaradılması o qədər məxfi idi ki, ada xəritələrdən çıxarılmışdı.
Hal-hazırda ada vəhşi dovşanları ilə məşhurdur. Burada yaşayan vəhşi dovşanların sayı əhalinin sayından çoxdur. Turistlərə pişiklərin və itlərin adası haqqında məlumat vermək qadağandır.
Adada vəhşi dovşanların birdən-birə çoxalması haqqında iki versiya yaranmışdır. Birinci versiyaya əsasən, 1971-ci ildə məktəblilər qrupu 8 dovşanı tamamilə cansız adada buraxmışdır. Nəticədə onlar böyük miqdara qədər artıb gəlmişlər və indi onlara adanın istənilən guşəsində rast gəlmək mümkündür.[3] Başqa versiyaya görə, dovşanlar təcrübələr üçün kimyəvi silahların hazırlaması vaxtı hərbi hədəflər üçün buraya gətirilmişdir. Proqramın başa çatmasından sonra onlar azadlığa buraxılmışdır.[4]
Muzey 1988-ci ildə fəaliyyətə başlamışdır. Muzey zəhərli qazların törətdiyi dəhşətli həqiqətlərin mümkün qədər qarşısını almaq və insanları məlumatlandırmaq üçün yaradılmışdır.[5] Muzey yalnız iki böyük otaqdan, kiçik bina zavodundan ibarətdir. Ağır iş şəraitinin mənfi nəticələrinə məruz qalan işçilərin ailələri muzeyə çoxsaylı eksponatlar hədiyyə etmişdir. Onlar qaz emalı ilə məşğul olan işçilərin qazla təhlükəli davranması nəticəsində başlarına gələn ağır fəlakətləri muzey işçilərinə danışırlar.