Okunoşima mayakı (大久野島灯台, Okunoşima today?) – Yaponiyanın Hiroşima prefekturasının Takehara şəhərinə daxil olan Okunoşima adasında yerləşən dəniz mayakı.
Okunoşima mayakı | |
---|---|
Ölkə | |
Yerləşir | Takehara[d] |
Koordinatlar | 34°18′09″ şm. e. 132°59′37″ ş. u. |
Yandırılma ili | 15 may 1894 |
Vikianbarda əlaqəli mediafayllar |
Köhnə Okunoşima mayakı 1893-cü ildə Mihara yaxınlığından keçən dəniz yolunun təhlükəsizliyini təmin etmək məqsədilə tikilmişdir.[1] 15 may 1894-cü ildə yandırılmışdır.[2] İkinci Dünya müharibəsi zamanı Yaponiya ordusu tərəfindən gizli zəhərli qaz istehsalı yeri kimi istifadə olunduğu üçün mayak 1945-ci ilə qədər "xəritələrdən yoxa çıxmışdır".[3]
Orijinal mayak 1992-ci ilə qədər fəaliyyət göstərdikdən sonra Şikoku Muraya köçürülmüşdür. İndiki mayak 1992-ci ildə tikilmiş yeni Okunoşima mayakıdır.[2]
Okunoşima mayakı Yaponiyadakı dəniz mayaklarını tanıtmaq məqsədilə yaradılmış "İşığın qoruyucusu" layihəsinin 47-ci mayakı seçilmişdir. Layihə çərçivəsində mayakın insan təcəssümü kimi yaradılmış personaj adanın qoruyucu talismanı kimi təqdim olunmuşdur.[3] Mayak 2016-cı ildə Yaponiya mayaklarının tarixi və mədəni dəyərlərini tanıtmaq üçün başladılmış "Sevgi mayakları" layihəsi çərçivəsindən seçilmiş 21 mayakdan biri olmuşdur.[4]
Mayakın bünövrəsinin ölçüsü 3,8 metr, mayakın hündürlüyü 8,5 metrdir. Mayakın güllə hissəi yonulmuş qranit daşlarından hazırlanmışdır. Tökmə dəmirdən hazırlanmış yuxarı hissəsi isə 2,4 metr hündürlüyündədir.[1] Mayak Kure Sahil Mühafizə Xidməti tərəfindən idarə olunur.[5]