Olcay Kartari Raçed

Olcay Kartari Raçed (tam adı: Olcay Kartari Raçed, ing. Olcay Kartari Rached; 30 noyabr 1950, Qars, Türkiyə) — Azərbaycan əsilli, "Sirr qadın" kimi tanınan, ABŞ prezidentlərinin türk dili üzrə sinxron tərcüməçisi.[1]

Olcay Kartari Raçed
Doğum tarixi (73 yaş)
Doğum yeri Qars, Türkiyə
Atası Həsən Kartari
Milliyyəti Azərbaycan Azərbaycan
Təhsili Hacettepe Universiteti
Fəaliyyəti tərcüməçi

Olcay Kartari 1950-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gəlib. Babaları Marneulidəndirazərbaycanlıdır.[2] Belə ki, Kartarinin babaları XX əsrin əvvəllərində Borçalıdan Qars şəhərinə köçmüşdür. Atası Həsən Kartari uzun illər Qarsda yerli təhsil şöbəsinin müdiri, eyni zamanda TRT Qars radiosunun solisti olmuşdur. Kartari ailəsində 5 övladdan ən böyüyüdür. Onun Əsgər, Çingiz, Yavuz və Həmid adlı 4 qardaşı var. İkinci qardaşı professor Əsgər Kartari Hacettepe Universitetində İnformasiya və kommunikasiya fakültəsinin dekanı olub.

Olcay Kartari vaxtilə TRT Qars radiosunda xorda xalq musiqisi sənətçisi kimi çalışıb. O, Hacettepe Universitetini bitirdikdən sonra XX əsrin 80-ci illərində ABŞ-yə köçüb. Bir müddət "Amerikanın səsi" radiosunda fəaliyyət göstərdkdən sonra ABŞ Dövlət Departamentində işləməyə başlayıb.

Olcay Kartari ABŞ prezidentləri Corc Herbert Uoker Buş, Klinton, Corc Buş, Barak ObamaDonald Trampın tərcüməçisi kimi fəaliyyət göstərmişdir.[1] Dünyanın bir çox liderləri ilə canlı ünsiyyətdə olmuş Olcay Kartari xüsusi gizli təhlükəsizlik statusuna malikdir. O, Türkiyə ilə ABŞ arasındakı iqtisadi, siyasi münasibətlərə işıq tutan "açar adam" kimi tanınır. 2016-cı ildə Prezident Barak Obama ilə Türkiyə lideri Ərdoğanın görüşündə tərcüməçilik etməsindən sonra xüsusilə tanınan Olcay Kartari Türkiyə-ABŞ arasında keçirilən müzakirələrin pərdəarxasını bilən yeganə insan olduğuna görə "Sirr qadın" kimi də tanınır.[2] O, təxminən 30 ildir ki, tərcüməçiliklə məşğuldur.

O, həmçinin, ABŞ-də Azərbaycan dilində xüsusi tədbirlər keçirir.

Tibb sahəsində çalışan Şem Raçed ilə ailə həyatı qurmuşdur, üç övladı var. Onlar da akademik fəaliyyətlə məşğul olurlar. Böyük oğlu Kərim beynəlxalq münasibətlər üzrə, digər oğlu Əmrə Nyu-York Universitetində çalışır, qızı İnci isə ingilis dili üzrə təhsil alıb. O, Türkiyəyə gələrək, Hacettepe Universitetində Caz fakültəsini yaradıb və daha sonra ABŞ-yə qayıdıb.

  1. 1 2 "ABŞ prezidentlərinin azərbaycanlı xanım tərcüməçisi - FOTO" (az.). oxu.az. 29 aprel 2019. 2019-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-30.
  2. 1 2 Büllurə Yunus. "Ərdoğanla Obamanın sirrini bilən azərbaycanlı qadın" (az.). axar.az. 2019.04.30. 2019-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]