Ole Hækkerup

Ole Hekkerup (27 yanvar 1971) — Danimarkalı siyasətçidir. Parlamentdə Sosial Demokratları təmsil etmişdir. O, ilk dəfə 1998–2001-ci illərdə Ryvang seçki dairəsindən (Şərq Böyük Seçki Dairəsi) və 2007-ci ildən 2015-ci ilə qədərki dövrdə isə Rinqsted seçki dairəsindən(Selend Böyük Seçki Dairəsi) seçkilərə qatılıb və parlamentə seçilib. O, eyni zamanda 2006-cı ildən 2007-ci ilin noyabrına qədər Paytaxt Regionunda regional şuranın üzvü olub.

Ole Hekkerup
dan. Ole Hækkerup
Şəxsi məlumatlar
Doğum tarixi 27 yanvar 1971(1971-01-27) (53 yaş)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Klaus Hekkerup
Həyat yoldaşı
Ailəsi Hekkeruplar[d]

O, İrene və Klaus Hekkerupun oğludur. Bundan əlavə keçmişin nazir Per Hekkerupun nəvəsi və Hillerod Bələdiyyəsinin keçmiş meri və hazırkı MF və Sosial Demokratlar Partiyasının sədr müavini Nik Hekkerupun qardaşıdır. Ole Hekkerup Kopenhagen Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsində təhsil almışdır[1]Karen Hekkerup ilə evlidir.[2]

Ole Hekkerup eyni zamanda Danimarka Parlamentinin Biznes Komitəsinin, Danimarka İmmiqrasiya və İnteqrasiya Siyasəti Komitəsinin, Danimarka Elm və Texnologiya Komitəsinin üzvü olmuşdur.

Ole Hekkerup daha öncələr sosial-demokratik blokda bir sıra nüfuzlu vəzifələrində çalışıb. O, Hillerodda və Şimali Zelandiyada Danimarka Sosial Demokrat Gənclər Təşkilatının sədri, Kopenhagendəki Frit Forumunun və Ryvangkredsendəki Sosial Demokrat Partiyasının nümayəndəliyinin sədri kimi vəzifələri icra etmişdir.

O, hələ məktəbdə təhsil aldığı dönəm 1986-cı ildə Danimarka Tələbə Təşkilatının sədr müavini idi.

  1. "De blev valgt for Socialdemokraterne — De blev valgt for Socialdemokraterne — Altinget — Alt om politik". 2021-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
  2. "Portræt: Karen Hækkerup — gift ind i et politisk dynasti — Politiken.dk". 2021-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.