Per Hækkerup (25 dekabr 1915[1] – 13 mart 1979[1], Danimarka) — 25 dekabr 1915-ci ildə adan olmuş və 13 mart 1979-cu il tarixində vəfat etmişdir. O, 1962–1966-cı illərdə Danimarkanın Xarici İşlər Naziri vəzifəsində çalışmış və Danimarka Sosial Demokrat partiyasına üzv siyasətçi idi.
Per Hekkerup | |
---|---|
dan. Per Hækkerup | |
| |
Avropa Şurası Parlament Assambleyasının əvəzedici üzvü[d] | |
15 sentyabr 1952 – 20 may 1954 | |
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi[d] | |
20 may 1954 – 20 sentyabr 1962 | |
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi[d] | |
23 yanvar 1967 – 16 dekabr 1971 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 dekabr 1915[1] |
Vəfat tarixi | 13 mart 1979[1] (63 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Uşaqları | |
Ailəsi | Hekkeruplar[d] |
Vikianbarda əlaqəli mediafayllar |
O, danimarkalı siyasətçi və Sosial Demokrat jurnalının redaktoru Hans Kristian Hækkerupun oğlu idi. Hækkerup İkinci Dünya Müharibəsinin bitməsindən 1979-cu ildə ölümünə qədər ölkəsində siyasətdə fəal iştirak edib. O, 1946–1952-ci illərdə Danimarka Sosial Demokratlar Partiyasının gənclər təşkilatının sədri, 1946–1951-ci illərdə isə Sosialist Gənclərin Beynəlxalq İttifaqının baş katibi vezifələrini tutub.
Hækkerup beynəlxalq siyasi arenada daha çox Norveç naziri Yens Evensen ilə əldə etdiyi razılaşma ilə tanınır. Bu razılaşma Norveçə Şimal dənizində neftlə zəngin Ekofisk neft yatağını verir. Şəhər əfsanəsinə görə Hækkerup müqaviləni imzalayanda sərxoş imiş. Lakin Danimarka tarixçiləri bu gün razılaşmanın çox ədalətli olduğuna və Hækkerupun sərxoş olmadığı mövzusunda həmfikirdirlər.[2]
O, Grethe Hækkerup ilə ailə həyatı qurmuşdu . Hans Hækkerup və Klaus Hækkerupun atasıdır.