Olena Andreyçeva

Olena Andreyçeva (ukr. Єлєна Андрейчева;XX əsr, Kiyev) — Ukrayna əsilli prodüser və rejissor. O, 11 yaşında Böyük Britaniyaya köçüb və daha sonra London İmperial Kollecində fizika sahəsi üzrə təhsil alıb. Bakalavr dərəcəsini başa vurduqdan sonra elm kommunikasiya istiqaməti üzrə magistr təhsili alıb. 2006-cı ildən televiziya filmlərinin istehsalı ilə məşğul olub.[1]

Olena Andreyçeva
Doğum tarixi XX əsr
Doğum yeri
Təhsili
Fəaliyyəti documentary filmmaker, film prodüseri, televiziya prodüseri[d], kinorejissor
andreicheva.co.uk

O, 2019-cu ildə çəkilmiş “Döyüş zonasında skeytbordda gəzməyi öyrənmək” (Əgər siz qızsınızsa) sənədli filminin prodüseridir və bu filmə görə o, Kerol Daysingerlə birlikdə 92-ci Akademiya mükafatlarında Ən yaxşı qısametrajlı sənədli film nominasiyasında Oskar mükafatını qazanmışdır.[2][3][4][5] Onun Oskar tədbirinə geyindiyi paltarını o, "bərabərsizlik və ədalətsizliklə məşğul olan" işi şüarı ilə təqdim etmişdi. O, 2021-ci ildə Afina Elm Festivalında sənədli filmin insanlara elm və texnologiyanı anlamağa necə kömək edə biləcəyi haqqında danışıb.[6] O, Rebekka Marşallın “Məndəki meşə” adlı sənədli filmində rejissor köməkçisi olub.[1] Film Sibirdə çəkilib və Stalin dövründən faktiki olaraq geri çəkilən, ən yaxın adamından iki həftəlik məsafədə yaşayan yetmiş yaşlı qadın Aqafiya Lıkovadan bəhs edir.[7] O, həmçinin Nik Rozenin “Şəbəkədən kənarda necə yaşamaq olar” kitabınında korrektoru olub.'[8]

Oskar mükafatını kazanan Andreyçeva, ölkə müstəqillik əldə etdikdən sonra, bu mükafatı qazanan Ukrayna əsilli ilk qadın qalib olub.[9]

İl Mükafat Kateqoriya İş Nəticə İstinadlar
2019 Beynəlxalq Sənədli Filmlər Assosiasiyası Ən yaxşı qısametrajlı sənədli film Müharibə zonasında skeytbord sürməyi öyrənmək (Əgər siz qızsınızsa) Qazandı [10]
2020 Britaniya Akademiyası Film Mükafatları Britaniya qısametrajlı filmi Qazandı [11]
2020 "Oskar" mükafatı Ən yaxşı qısametrajlı sənədli film nominasiyasında "Oskar" mükafatı Qazandı [6]
  1. 1 2 "Elena Andreicheva | Science Communication via Documentaries". Athens Science Festival (ingilis). 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
  2. Schmidt, Ingrid. "Oscars 2020: Stars step out in sustainable looks by Louis Vuitton and Laura Basci". Los Angeles Times (ingilis). 2020-02-10. February 10, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-10.
  3. Chianne, Breanna. "Learning to Skateboard in a Warzone (If You're a Girl) is the 2020 Oscar Winner for Documentary (Short Subject)". oscar.go.com. 2020-02-09. February 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-10.
  4. Weinberg, Lindsay. "Joaquin Phoenix, Kaitlyn Dever Wear Eco-Friendly Outfits to Oscars". The Hollywood Reporter (ingilis). 2020-02-09. February 10, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-10.
  5. Pedersen, Erik. "Oscars: 'Parasite' Wins Best Picture – The Complete Winners List". Deadline (ingilis). 2020-02-10. 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-10.
  6. 1 2 Schmidt, Ingrid. "Oscars 2020: Stars step out in sustainable looks by Louis Vuitton and Laura Basci". Los Angeles Times (ingilis). 2020-02-10. 2020-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
  7. Headlines, Nick Holdsworth for Russia Beyond the. "Stalin, Siberia and salt: Russian recluse's life story made into film". the Guardian (ingilis). 2015-11-12. 2015-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
  8. Rosen, Nick. How to live off-grid : journeys outside the system. London. 2007. 357. ISBN 978-1-4464-6388-8. OCLC 973328775. 2022-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-14.
  9. Ukrainian-Born Filmmaker Elena Andreicheva on Oscar Win and Life in Ukraine (ingilis), 2022-02-26 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-02-26
  10. Lewis, Hilary. "IDA Documentary Awards: 'For Sama' Wins Best Feature". The Hollywood Reporter. 7 December 2019. 22 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2022.
  11. Kiefer, Halle. "1917 Is No. 1 at This Year's BAFTA Awards". Vulture (ingilis). 2 February 2020. 16 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]