Oliviya Hassi (ing. Olivia Hussey; 17 aprel 1951[1], Buenos-Ayres) — Böyük Britaniya aktrisası.
Oliviya Hassi | |
---|---|
ing. Olivia Hussey | |
Doğum adı | Olivia Osuna Hussey |
Doğum tarixi | |
Doğum yeri | Buenos Ayres, Argentina |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1964-cü ildən |
IMDb | ID0001377 |
oliviahussey.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Oliviya Hassi 17 aprel 1951-ci ildə Buenos Ayresdə anadan olmuşdur. Atası Andreas Osuna opera müğənnisi olmuş və İsvaldo Ribo təxəllüsü ilə tanınmışdı. Oliviyanın 2 yaşı olarkən valideynləri ayrılırlar. 5 ildən sonra anası kiçik qardaşı ilə birlikdə Oliviyanı Londona aparır. Məhz orada Oliviya anasının soyadını götürür və teatr məktəbində təhsil almağa başlayır. O, ilk televiziya rolunu 13 yaşı olarkən alır və tezliklə italyan rejissor Franko Zeffirellinin "Romeo və Cülyetta" filmində Cülyetta rolunu ifa edir. Oliviya həmin roluna görə "Qızıl qlobus" mükafatına layiq görülür.
Oliviya Hassi 1971-ci ildə Los-Ancelesə gəlir və aktyor Din Martinin oğlu ilə ailə həyatı qurur. Onun oğlu Aleksandr da sonradan aktyor olur. 1973-cü ildə o, "İtirilmiş üfüqlər", 1978-ci ildə isə "Nildə ölüm" filmlərində çəkilir. 1978-ci ildə Martin Hassi ilə ayrılır və 1980-ci ildə yapon müğənnisi Akira Fuse ilə ailə qurur. 1983-cü ildə onların Maks adlı oğulları dünyaya gəlir.
O. Hassi ötən əsrin doxsanıncı illərinin əvvəllərində yenidən ərə gedir və bu nikahdan da qızı İndiyu Coy anadan olur.
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1968 | Romeo və Cülyetta | Romeo and Juliet | Cülyetta Kapuletti |
1973 | İtirilmiş üfüq | Lost Horizon | Mariya |
1974 | Qara Milad | Black Christmas | Cessika Bredford |
1978 | Nazaretli İsa | Jesus of Nazareth | Məryəm |
1978 | Nildə ölüm | Death on the Nile | Rozali Otterborn |
1980 | Virus | Virus | Marit |
1982 | Ayvenho | Ivanhoe | Rebekka |
1984 | Pompeyin sonuncu günləri | The Last Days of Pompey | İona |
1987 | Təhrif | Distortions | Emi Marks |
1990 | O | It | Odra Fillips |
1991 | Elan edilməmiş müharibə | Undeclared War | |
1996 | Gecə dumanı | The Dark Mist | səs |
1998 | Bağban | The Gardener | missis Karter |
2005 | Sirli zəka | Headspace | Karen Merfi |
2015 | Sosial intihar | Social Suicide | Culiyanın anası |