Ombla çayı

Ombla (xorv. Ombla) — Xorvatiyada kiçik çay. Dubrovnikdən şimal-şərqdə yerləşir. Çayın uzunluğu 30 metrdir. Çay Adriatik dənizinə, ria tipli Dubrovaçka körfəzinə tökülür. Çayın mənsəbinə yaxın ərazidə kiçik Komolas kəndi yerləşir. Ombla Avropanın ən kiçik çaylarından biri hesab olunur. Çay əsasən karst mənşəli olub Avropanın ən uzun karst çayı olan Trebşinanın suyu ilə qidalanır. Çayın mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 2 metrdir. Ombla çayının mənsəbinə doğru körfəz suyu irəlləmiş və burada dərinlik 30 metrə çatır. Məhs körfəz suyunun gəlib çata bilmədiyi hissədən ölçülən zaman çayın uzunluğu 30 metr olur.

Ombla çayı
Ölkə  Xorvatiya
Mənsəbi Adriatik dənizi
Uzunluğu 0,03 km
Su sərfi 24 m³/san
Hövzəsinin sahəsi 600 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çayın qidalandığı mağara daxilindəki su səthinin hündürlüyü dəniz səviyyəsindən 2,38 metrdir. Digər su mənbəyinin hündürlüyü isə dəniz səviyyəsindən 15 metr aşağıdadır. Çayın qidalandığı mənbəni ilk dəfə 1985-ci ildə sloveniyalı speleoloq Marko Krasoveç aşkar etmişdir[1]. Orta illik su sərfi 24,1 m3/ s-dir. Sutoplayıcı hövzənin sahəsi 600 km2-dir. Çayın formalaşdığı 5 km-lik tirənin hündürlüyü 600 metrdir.[2] Tirənin yamacları çox dikdir. Bəzi mənbələrdə Ombla çayını dünyanın ən kiçik çayı kimi göstərirlər.[3]

Ombla çayının suyundan Dubrovnik şəhərinə su-boru xətti çəkilib. Su xəttinin ilk çəkilmə tarixi 1438-ci ilə təsadüf edilir.[1] 2012-ci ildə ərazidə yer altı su anbarı və su elektrik stansiyasının tikilməsi layihəsi işlənilib hazırlandı. Ancaq həm maliyə çatşmamazlığı, həm də, ekoloji problemlərin yaranması ehtimalı ilə layihə həyata keçirilmədi.

Çay hövzəsi iki iqlim qurşağında yerləşir: aralıq dənizi iqlimikontinental iqlim.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Der kürzeste Fluss Europas Dubrovnik und die Ombla". 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-29.
  2. "Significant landscapes". Dubrovnik-Neretva County Tourist Board. 1 September 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 June 2012.
  3. Roman Ozimec; və b. "Poljoprivredna bioraznolikost Dalmacije – Tradicijsko poljoprivredno bilje i domaće životinje" [Agricultural Biodiversity of Dalmatia – Traditional Agricultural Plants and Domestic Animals of the Dalmatia Region] (PDF) (Croatian). United Nations Development Programme. June 2009. 2 June 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 June 2012.