Omon Matjon (özb. Omon Matçonov, 14 fevral 1943 – 29 oktyabr 2020, Daşkənd) — özbək şairi, dramaturqu, Özbəkistanın xalq şairi
Omon Matçanov | |
---|---|
özb. Omon Matjon | |
Təxəllüsü | Omon Matjon |
Doğum tarixi | 14 fevral 1943 |
Doğum yeri | Boğolan kəndi, Yangibazar rayonu, Xarəzim vilayəti, Özbəkistan Respublikası |
Vəfat tarixi | |
Vəfat yeri | Daşkənd, Özbəkistan Respublikası |
Vətəndaşlığı | Özbəkistan |
Milliyyəti | özbək türkü |
Təhsili | Səmərqənd Dövlət Universiteti |
Fəaliyyəti | yazıçı, şair, ədəbi tənqidçi, tərcüməçi |
Fəaliyyət illəri | 1965–2020 |
Əsərlərinin dili | özbəkcə |
Janrlar | şeir, poema, povest, roman |
Omon Matjon 14 fevral 1943-cü ildə Özbəkistanın Xarəzm vilayətinin Yangibazar rayonunda anadan ilmuşddur. Səmərqənd Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir (1969).
Qafur Qulam adına Ədəbiyyat və İncəsənət Nəşriyyatında redaktor, şöbə müdiri (1969-1985), "Yoşlik" jurnalının baş redaktoru (1985-1991), Özbəkistan Res-publikası Prezidenti Aparatında məsul şəxs (1991-1994), Özbəkistan Respublikası Dövlət Mətbuat Komitəsi sədrinin müavini (1994 -1199), "Çolpon" nəşriyyatının direktoru (1999-2001), 2001-ci ildən ömrünün sonlarınadək "Gülxan" jurnalının baş redaktoru vəzifəsində çalışmışdır. Uğurlu ədəbi fəaliyyətinə görə Özbəkistanın Xalq Şairi adına layiq görülmüşdür (1993).
Omon Matjon 29 oktyabr 2020-ci ildə, 77 yaşında Daşkənddə vəfat etmişdir.[1]
Omon Matjon 1965-ci ildən mətbuatda şeirləri ilə çıxış etmişdir. Şairin "Karvan çanı" (1973), "Günəş saatı" (1974), "Yanan ağac" (1976), "Yaralı şimşək" (1977), "Səni sevirəm" (1981), "Ağaclar və bitkilər" (1984) , "Aramızda yalnız bir alma" (1990), "İnsanın kölgəsi günəşə düşdü" (1991), "Quş yolu" (1993), "İnam işığı" (1994), "Ardaxiva" (2000), "Xoca Əhrarın ziyarətləri" (2002) ) və digər poetik əsərlərində incə bir gerçəklik hissi ilə bədii ifadə prinsipi, müəyyən bir hadisədən fövqəladə fəlsəfi nəticələr çıxarmaq, doğulub böyüdüyü mühitin ab-havasına uyğun ifadələrin təcəssümü üstünlük təşkil edir.
Omon Matjon lirik şeirlərlə yanaşı, povestlər və dramatik əsərlər da yazmışdır. O, həmçinin Xarəzmdan olan özbək xalqının böyük şəxsiyyətləri haqqında dramatik əsərlərin – “Pəhləvan Mahmud” (1975), “Beruni” (1977) və s. müəllifidir.
Müəllifin "Min bir işıq" (1982) əsəri Əlişir Nəvainin "Xəmsə" əsərinin təsiri altında yazılmışdır. Omon Matjon bu əsərlərində liro-epik poeziyanın imkanlarından bəhrələnərək ölməz şəxsiyyətlərin həyatını və bu günün problemlərini təsvir etmək üçün ustalıqla istifadə etmişdir. Xorazm ləhcəsinə xas olan leksik elementləri və musiqi melodiyalarını özbək poeziyasına daxil etmiş, lirik şeiri epik poeziya elementləri ilə zənginləşdirmişdir.
Omon Matjonun şeirlərinin bir qismini Yevgeni Yevtuşenko rus dilinə tərcümə etmişdir.