Ontario bədii qalereyası

Ontario İncəsənət Qalereyası (ing. Art Gallery of Ontario) – Torontoda muzey, 45 min kv. metrlik sərgi sahəsi ilə Şimali Amerikada ən iri bədii muzeylərdən biridir. Muzeydə kolleksiyalar üç bölməyə ayrılır: Kanada incəsənəti, Avropa incəsənəti və Henri Murun heykəltəraşlıq əsərləri.

Ontario İncəsənət Qalereyası
ing. Art Gallery of Ontario
Xəritə
Əsası qoyulub 1900
Açılış tarixi 1900
Mövzu Müasir incəsənət muzeyi
Ölkə
Yerləşir Kanada, Toronto şəhəri
Kolleksiyası 68 min
Ziyarətçi sayı
  • 321.664 nəf. (2021)[2]
Telefon +1-416-979-6648[1]
43°39′13″ şm. e. 79°23′34″ q. u.HGYO
ago.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ontario bədii qalereyasının əsası 1900-cü ildə Toronto bədii muzeyi adı ilə yaranmışdır. 1919-cu ildə muzeyin adı dəyişdirilərək Toronto bədii qalereyası adlandırılmışdır. 1966-cı iədən muzey indiki adını almışdır.

Muzeydə hazırda 68 mindən çox eksponat nümayiş etdirilir.

Avropa incəsənəti bölməsində Rembrantın, Kiçik Piter Breyqelin, Tintorettonun, Frans Xalsın, Van Qoqun, Klod Monenin, Pol Qoqenin, Edqar Deqanın, Renuarın və Pikassonun da əsərlər də vardır.

  1. 1 2 3 PLAN YOUR VISIT (ing.).
  2. Art's most popular (ing.): Exhibition and museum visitor figures 2021. // The Art Newspaper 2022. ISSN 0960-6556