Film kinoportret janrında çəkilmiş və planetimizin ən qocaman sakinlərindən olan Mahmud Eyvazova həsr olunmuşdur. Müəlliflər mövzunu işlərkən bu adamın uzun ömürlülüyünün obyektiv və subyektiv səbəblərini göstərməyə, qocanın həyat tərzinin səciyyəvi cəhətlərini açmağa çalışmışlar.
Onun 150 yaşı var | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Şamil Mahmudbəyov |
Ssenari müəllifi | Nikolay Paniyev |
Operator | Teyyub Axundov |
Bəstəkar | Rauf Hacıyev |
İstehsalçı | Bakı Kinostudiyası |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
İl | 1958 |
Texniki məlumatlar |
2 hissə 547 metr 35 mm |
Rəng | ağ-qara |
Lerik rayonunun sakini olan bu qoca ömrü boyu işləmiş, zəhmətlə dolanmışdır. Sonra biz onu çobanların, məktəblilərin yanında, böyük ailəsinin əhatəsində, Moskvada ÜİKTS-in (Ümumittifaq Kənd Təsərrüfatı Sərgisi) Azərbaycan pavilyonunda görürük.