Onun 150 yaşı var

Film kinoportret janrında çəkilmiş və planetimizin ən qocaman sakinlərindən olan Mahmud Eyvazova həsr olunmuşdur. Müəlliflər mövzunu işlərkən bu adamın uzun ömürlülüyünün obyektiv və subyektiv səbəblərini göstərməyə, qocanın həyat tərzinin səciyyəvi cəhətlərini açmağa çalışmışlar.

Onun 150 yaşı var
Janr bioqrafik
Rejissor Şamil Mahmudbəyov
Ssenari müəllifi Nikolay Paniyev
Operator Teyyub Axundov
Bəstəkar Rauf Hacıyev
İstehsalçı Bakı Kinostudiyası
Filmin növü qısametrajlı sənədli film
Ölkə SSRİ SSRİ
Dil azərbaycanca
İl 1958
Texniki məlumatlar 2 hissə
547 metr
35 mm
Rəng ağ-qara

Lerik rayonunun sakini olan bu qoca ömrü boyu işləmiş, zəhmətlə dolanmışdır. Sonra biz onu çobanların, məktəblilərin yanında, böyük ailəsinin əhatəsində, Moskvada ÜİKTS-in (Ümumittifaq Kənd Təsərrüfatı Sərgisi) Azərbaycan pavilyonunda görürük.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Şamil Mahmudbəyov
Ssenari müəllifi: Nikolay Paniyev
Operator: Teyyub Axundov
Bəstəkar: Rauf Hacıyev
Səs operatoru: Sabir İsgəndərov

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]