Tim O'Rayli

Timothi O'Rayli (ing. Timothy O'Reilly; 6 iyun 1954[1], Kork, Munster[d]) — irlandəsilli ABŞ müəllifi və naşiri. O, "O'Reilly Media"nın (keçmiş "O'Reilly & Associates") yaradıcısıdır. O'Rayli açıq mənbə[2]Veb 2.0 terminlərini məşhurlaşdırdı.

Tim O'Rayli
ing. Tim O'Reilly
Doğum tarixi 6 iyun 1954(1954-06-06)[1] (70 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti naşir, yazıçı, informatik, mühəndis, iş adamı, proqramçı
tim.oreilly.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İrlandiyanın Kork qraflığında anadan olmuşTim O'Rayli körpə ikən ailəsi ilə birlikdə Kaliforniyanın San-Fransisko şəhərinə köçmüşdür.[3] Onun üç qardaşı və üç bacısı var.[4] Yeniyetməlik illərində böyük qardaşı Şon tərəfindən təşviq edilən O'Rayli yazıçı və ümumi semantika proqramının tərəfdarı olan Corc Saymonun davamçısı olmuşdur.[3][4] Saymon vasitəsilə O'Rayli Alfred Korzıbskinin[5] yaradıcılığı ilə tanış olmuş, onu formalaşdıran təcrübə kimi göstərmişdir.[6][7]

1973-cü ildə O'Rayli klassikləri öyrənmək üçün Harvard Kollecinə daxil olmuş, 1975-ci ildə bakalavr dərəcəsini yüksək qiymətlə bitirmişdir. O'Raylinin Harvarddakı ilk ilində Corc Saymon qəza nəticəsində vəfat etdi.[8][9]

O'Rayli bir sıra səbəblərə görə aktivist kimi fəaliyyət göstərmişdir[10] və şirkətinin "uzun müddət təbliğat, mem hazırlama və evangelizm tarixi" ilə fəxr edir.[11] İnandırma strategiyası olaraq insanların istifadə etdiyi terminologiyanı dəyişdirməyə çalışan "mem mühəndisliyi" texnikasını inkişaf etdirmişdir.[9][12]

Hökumət platforma kimi

[redaktə | mənbəni redaktə et]

O'Rayli "hökumət platforma kimi" və ya "Gov 2.0" anlayışını təbliğ edir.[13] O, alqoritmik tənzimləmənin,[14] açıq verilənlər rəyi vasitəsilə hökumət siyasətlərinin davamlı monitorinqi və modifikasiyasının ən həvəsli təbliğatçısı hesab olunur.[15]

  1. 1 2 Tim O'Reilly // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. O'Reilly, Tim. "Open Source Paradigm Shift". O'Reilly Media. June 2004. 2 September 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2011.
  3. 1 2 Chafkin, Max. "The Oracle of Silicon Valley". Inc.com. 1 May 2010. 9 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 March 2015.
  4. 1 2 Wired.
  5. Morozov, Evgeny. "The Meme Hustler: Tim O'Reilly's crazy talk". The Baffler (22). 2013. 2023-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-15.
  6. O'Reilly, Tim. "Books That Have Shaped How I Think". O'Reilly Media. 7 July 2005. 31 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2015.
  7. O'Reilly, Tim. "Language is a Map". LinkedIn Pulse. 29 October 2012. 8 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 April 2015.
  8. Wired.
  9. 1 2 Morozov, Evgeny. "The Meme Hustler: Tim O'Reilly's crazy talk". The Baffler (22). 2013. 2023-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-15.
  10. Guynn, Jessica. "Tech guru challenges next generation to get serious". Los Angeles Times. 10 October 2008. 25 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2015.
  11. O'Reilly, Tim. "About O'Reilly". O'Reilly Media. 12 March 2006. Archived from the original on 12 March 2006.
  12. O'Reilly, Tim. Remaking the Peer-to-Peer Meme // Andrew Oram (redaktor). Peer-to-peer: Harnessing the Benefits of a Disruptive Technology. O'Reilly Media. 2001. 38–58. ISBN 9780596001100.
  13. Chafkin, Max. "The Oracle of Silicon Valley". Inc.com. 1 May 2010. 9 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 March 2015.
  14. Morozov, Evgeny. "The rise of data and the death of politics". The Guardian. 20 July 2014. 21 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 February 2015.
  15. O'Reilly, Tim. Open Data and Algorithmic Regulation // Brett Goldstein; Lauren Dyson (redaktorlar ). Beyond Transparency: Open Data and the Future of Civic Innovation. San Francisco: Code for America. October 2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]