Opera kabusu (film, 2004)

Opera kabusu (ing. The Phantom of the Opera) — 2004-cü il Birləmiş Krallıq və ABŞ-nin birgə istehsalı olan musiqili, romantik, dram filmi. Coel Şumaxer tərəfindən ekranlaşdırılmış film Endryu Lloyd Vebberin 1986-cı ildə yazdığı eyniadlı müzikl əsasında çəkilib. Əsər fransız yazıçısı Qaston Lerunun eyniadlı novellası əsasında yazılmışdır.

Opera kabusu
ing. The Phantom of the Opera
Janr romantik film[4][5][…], dram filmi[4][5], musiqili film[4][5][…], roman ekranlaşdırması[d]
Rejissor
Prodüser
Ssenari müəllifləri
Baş rollarda
Operator
Bəstəkar
Montajçı Terri Roulinqs[d]
İstehsalçılar Joel Schumacher Productions
Really Useful Films
Scion Films
Distribütorlar Entertainment Film Distributors (Birləşmiş Krallıq)
Warner Bros. Pictures (ABŞ)
İlk baxış tarixi 10 dekabr 2004
Müddət 143 dəq.[1]
Büdcə $70–80 milyon[2][3]
Gəlir $154.6 milyon[2]
Ölkələr
Dil ingilis dili
Rəng rəngli, ağ-qara[d]
IMDb ID0293508

1919-cu ildə xaraba qalmış Paris Opera Evində hərrac keçirilir. Hərraca əlil arabasına məhkum qalmış yaşlı Raul, Qraf de Şanyi fars geyimində zərb aləti çalan musiqili meymun oyuncağını alır. Hərrac zamanı o tanış simanı, gənc vaxtı tanış olduğu Madam Jirini görür. Madam Jiri indi daha yaşlıdır. Onların birgə diqqətini isə hərraca çıxarılmış 666 nömrəli lot cəlb edir; bu, yenidən bərpa olunmuş və elektrik naqilləri taxılmış nəhəng tavan şamdanıdır. Bu şamdanı hərrac işiləri yandırarkən ətraf yenidən köhnə illərə qayıdır, teatr öz əzəmətli və yaraşıqlı görkəminə qayıdır və 1870-ci ildə baş vermiş hadisələr yenidən canlanır.

  • Kabus roluna Con TravoltaAntonio Banderas namizəd idi. Antonio Banderas hətta vokal dərsləri də almışdı.
  • Kristina roluna Kira Naytli, Şarlotta Çerç, Enn Heteuey namizəd idi. Keti Holms rola təsdiqlənsə də, rejissor Ketini rol üçün yaşlı sayıb.
  • Layihə 1990-cı ildə hazırlanmışdı. Layihədə baş rolları Maykl KroufordSara Braytman oynamalı idilər. Amma layihənin başlamağına az vaxt qalmış Endrü Lloyd Veber Sara Braytmanla boşandığı üçün layihə "rəfə" qaldırıldı.
  • Hindistanlı Şexar Kapur rejissor kürsüsünə namizədlərdən biri idi.
  • 13 il ərzində layihədə adı qeyd edilənlərin çoxu dəyişdirildi. Yalnız rejissor Coel Şumaxer qaldı.
  • Baş rol ifaçısı Cerard Batleri qrimləmək üçün hər gün 4 saat vaxt sərf edilib.
  • Filmin son səhnəsinin çəkilişinə 1 həftə vaxt gedib.
  • 2004-cü ilin aprelində Londonda eyniadlı əsər teatrda göstərilirdi. Çəkiliş qrupu aktyorlardan səhnəni tərk etməməyi, film üçün səs effektləri yazmağa kömək etməyi xahiş ediblər.
  1. "Andrew Lloyd Webber's The Phantom of the Opera (12A)". British Board of Film Classification. 26 August 2004. 26 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 March 2013.
  2. 1 2 "The Phantom of the Opera". Box Office Mojo. 2023-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-30.
  3. Harris, Dana. "Mavericks reap Oscar rewards". 6 March 2005. 22 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2023.
  4. 1 2 3 4 5 6 http://www.metacritic.com/movie/the-phantom-of-the-opera.
  5. 1 2 3 4 http://www.imdb.com/title/tt0293508/.
  6. http://www.filmaffinity.com/es/film653531.html.
  7. 1 2 3 4 5 6 http://www.imdb.com/title/tt0293508/fullcredits.
  8. 1 2 3 http://www.bbfc.co.uk/releases/andrew-lloyd-webbers-phantom-opera-2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]