Endryu Lloyd Vebber

Endryu Lloyd Vebber Andrew Lloyd Webber, Baron Lloyd Webber (d. 22 Mart 1948) — İngiltərə müzikl bəstəkarı və musiqili teatr impresariosu. Yaradıcılığı boyunca 17 müzikla imza atmışdır. Kommersiya baxımından tarixin ən uğurlu bəstəkarı olaraq göstərilir. Müzikllarından bəziləri West End'də ve Broadway'də 10 ildən artıq müddətdə səhnələşdirilmişdir. Eyni zamanda 7 Tony mükafatı, bir Oscar mükafatı, bir Emmy, 6 Olivier mükafatı və bir Qızıl Qlobus mükafatı sahibidir. 1992-ci ildə fəxri kavaler ünvanını almışdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

24 yaşında ikən ilk həyat yoldaşı Sarah Hugill ilə 24 iyul 1972-ci ildə evlənmişdi. Imogen Lloyd Webber (d. 31 Mart 1978) və Nicholas Lloyd Webber (d. 2 Temmuz 1979) olmaq üzrə iki uşaqları oldu. 14 noyabr 1983-cü ildə Lloyd Webber ilə Hugill boşandılar. İkinci həyat yoldaşı müğənni/rəqqasə Sarah Brightman ilə 22 Mart 1984-cü ildə Hampshire'da evləndi. 3 yanvar 1990-cı ildə boşandılar. Üçüncü həyat yoldaşı Madeleine Gurdon ilə 9 fevral 1991'də Westminister, Londonda evləndi. Alastair Adam (d. 3 May 1992), William Richard (d. 24 avqusts 1993) və Isabella Aurora (d. 30 aprel 1996) olmaq üzrə 3 uşaqları oldu.

Variasiyalar (1978) - Bəstəkar Nikkolo Paqanininin məşhur A minor Kaprisinin mövzusuna Lloyd Vebberin qardaşı , violonçel ifaçısı Julian ilə birgə yazdığı variasiyalar toplusudur.Bu albom gitaraçı Geri Mur və pianoçu Rod Agent daxil olmaqla, 15 rok musiqiçisini təqdim etmiş və buraxıldığı gündən Böyük Britaniya çartlarında 2-ci pilləyə yüksəlmişdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]