Operation Paperclip

1946-cı ildə ABŞ-də olan 104 raket mütəxəssisi, Wernher von Braun ən qabaq cərgədə sağdan yeddinci

Kağız sancağı əməliyyatı (ing. Operation Paperclip) – ABŞ hərbi kəşfiyyat xidmətinin İkinci Dünya Müharibəsinin sonunda və müharibədən sonrada Nasist Almaniyasından əhəmiyyətli elm adamlarının Almaniyadan qaçırma əməliyyatının kod adıdır.

Ozenberq siyahısı

[redaktə | mənbəni redaktə et]

Nasist Almaniyasının Sovet İttifaqına hücumunu nəzərdə tutan Barbarossa Əməliyyatının uğursuzluğundan sonra Almaniyanın strateji mövqeyi, xüsusilə silah sənayesi uzunmüddətli bir müharibəyə hazır olmadığı üçün pis vəziyyətdə düçar olur. 1943-cü ilin yazından etibarən Almaniya ordudakı bütün alimləri bir yerə yığmaq və onları tədqiqat və inkişaf işlərinə yönləndirir. O vaxta qədər mexanika mühəndislərini sürücü, alimləri xidmətçi, riyaziyyatçıları yeməkxana işlərində işləyən şəxs kimi istifadə edən nasistlər bütün elm adamlarını bir yerə cəmləyirlər. Yığılan şəxslər, ilk növbədə nasistlər tərəfindən ideoloji cəhətdən etibarlı olub olmamağına görə təsnif edilirlər. Seçimi həyata keçirən Hannover Universitetinin məzunu Werner Ozenberq olduğu üçün siyahıda onun adını müvafiq olaraq Rozenberq siyahısı adlandırılır. 1945-ci ilin martında Osenberg siyahısı müttəfiqlərin əlinə keçir və ABŞ-dəki Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri mayor Robert Staver ona verilmiş siyahıda adları yer alan bütün şəxslərlə, xüsusən də raket mütəxəssisi Wernher von Braunla görüşmək və onların haqqında kəşfiyyat məlumatlarının yığılması haqqında tapşırıq verir.

Overcast kampaniyası

[redaktə | mənbəni redaktə et]

Əvvəlcə yalnız elm adamlarını sorğu-suala tutmaq məqsədi olan kampaniya, sonradan onları Almaniyadan evakuasiya etməklə dəyişdirilmişdir. Bir çox nasist alim Peenemündedəki Tədqiqat Mərkəzində V-2 raketi ilə əlaqədar olan işlərə cəlb edilmişdi. Əməliyyatın ilkin adı dəyişdirilərək Paperclip edilmiş və Alman alimlərinin böyük bir qismi Sovet İttifaqı tərəfindən ələ keçirilmədən qaçırılmışdırlar. Raket və nüvə fizikası sahələri ilə məşğul olan alimlər ilə yanaşı, kimyaçılar, həkimlər və silah mütəxəssisləri də Almaniyadan çıxarılmışdırlar.

Ailələri ilə birlikdə yaşamaq şərti, müvafiq bir iş mühiti və yüksək bir maaş təklifi ilə 127 elm adamı 1945-ci ilin sentyabrında bu təklifi qəbul etmişdir. Onların içərisində ən vacib elm adamları bunlardır; Wernher von Braun, Erich W. Neubert, Theodor A. Poppel, August Schulze, Eberhard Rees, Wilhelm Jungert və Walter Schwidetzky. Gəlişlər növbəti aylarda da davam etmişdir. 1950-ci ildə isə ABŞ-dəki varlıqlarına görə alimlərin qanuni yaşayış icazələri rəsmən təsdiqlənmişdir. Çox sonralar, bəzi elm adamlarının müharibə dövründəki hərəkətləri tədqiq olunaraq öyrənilmiş və Arthur Rudolph hadisəsində olduğu kimi həmin alimlər ölkədən deportasiya edilmişdirlər. Bu vəziyyətdə olduğu üçün Hubertus Strughold, nasistlərin insan təcrübələrində aktiv bir şəkildə iştirak etdiyi üçün bir hərbi cinayətkar kimi həbs edilərək cəza almışdır. 86 aviasiya mühəndisi — mütəxəssisi ələ keçirilən nasist təyyarələrinin və texnikasının yerləşdirildiyi Wright Hava Bazasına gələrək burada işlərinə yenidən başlayırlar. Elektron rabitə ilə əlaqədar olaraq, fizika sahəsindən Georg Goubau, Gunter Guttwein, Georg Hass, Horst Kedesdy və Kurt Levovec; kimyaçı professor Rudolf Brill və həkimlər Ernst Baars və Eberhard; geofizika üzrə alim Dr. Helmut Weickmann; texniki optik mütəxəssisi Dr. Gerhard Schwesinger; və elektronika mühəndisləri Dr. Eduard Gerber, Richard Guenther və Hans Ziegler komandaya qoşulurlar. Yeddi sintetik neft istehsalı üzrə mütəxəssisin də qabiliyyətləri Luizianadakı Fischer-Tropsch zavodunda qiymətləndirilmişdir. 1990-cı ilə qədər ümumilikdə 1600 alim ABŞİngiltərəyə gəlmişdir. Bu insanların patent və sənaye istehsalı baxımından etdikləri işlərin əlavə dəyərinin 10 milyard dollarlıq olduğu təxmin edilir.

Oxşar əməliyyatlar

[redaktə | mənbəni redaktə et]
  • V-2 Xüsusi Əməliyyatı: V-2 raketini və hissələrini ələ keçirmək üçün başladılmışdır. Komanda V-2 hissələrini Nordhausendə tapmış və qatarla Erfurta göndərmişdir.
  • Backfire əməliyyatı: Cuxhavendəki raket sınaqlarının məlumat və materialları yığılmışdır. JCS əmr 1067/14: 26 aprel 1946-cı ildə General Eisenhower elmi, sənaye və digər sahələrdəki məlumatların, sənədlərin, planların, qeydlərin və s. sənədlərin birbaşa komandanlıq mərkəzlərinə göndərilməsini və bu məsələlərlə maraqlanan alimlərin tutulmasını və kəşfiyyat məqsədləri üçün istifadə edilməsi üçün əmr vermişdir.
  • Layihə 63: Köhnə Nasist alimlərinin, aviasiya sənayesində böhran vəziyyəti olduğu zaman Lockheed, Martin və Marietta kimi müdafiə sənayesi təşkilatlarında asanlıqla işə qəbul edilməsini təmin edən layihədir.
  • Alsos əməliyyatı: Alman nüvə sirlərinin, nüvə materiallarının və bu sahədə işləyən işçilərin ələ keçirilməsini nəzərdə tutan əməliyyatın adıdır.
  • TICOM: Alman kriptoqraflarının yığılması üçün layihədir.
  • Surgeon Əməliyyatı: Alman aviasiya mütəxəssislərinin Sovet İttifaqının əlinə keçməsinin qarşısını almaq üçün İngiltərə tərəfindən həyata keçirilmiş olan plandır.

Mədəni təsirləri

[redaktə | mənbəni redaktə et]
  • Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb filmindəki əsas obraz ABŞ üçün işləyən keçmiş bir nasistdir.
  • X-Files seriyasının "Paper Clip" hissəsində bir çox qondarma Nasist alimləri yer almışdır.
  • 2006-cı ildə çəkilmiş olan "The Good Shepherd" filmində Alman alimləri üçün ABŞ və Sovet İttifaqı arasındakı rəqabət təsvir edilir.
  • "The Good German" filmində Amerikalı müharibə müxbiri təsadüfən Overcast kampaniyasına düşür.
  • Hunter seriyalında əsas mövzu kimi baxılmışdır.
  • Raket teknologiyası: Rudi Beichel, Magnus von Braun, Wernher von Braun, Walter Dornberger, Werner Dahm, Konrad Dannenberg, Kurt H. Debus, Ernst R. G. Eckert, Krafft Arnold Ehricke, Otto Hirschler, Hermann H. Kurzweg, Fritz Mueller, Gerhard Reisig, Georg Rickhey, Arthur Rudolph, Ernst Stuhlinger, Werner Rosinski, Eberhard Rees, Bernhard Tessmann
  • Aviasiya və kosmik sənaye: Alexander Martin Lippisch, Hans von Ohain, Hans Multhopp, Kurt Tank, Willy Messerschmitt
  • Tibb: Walter Schreiber, Kurt Blome, Hubertus Strughold, Hans Antmann
  • Elektronika: Hans Ziegler, Kurt Lehovec, Hans Hollmann, Johannes Plendl
  • Kəşfiyyat: Reinhard Gehlen