Opra Uinfri

Opra Uinfri 1954-cü ildə Missisipidə anadan olub. Onun anası xidmətçi, atası isə fəhlə idi. O, dünyaya gəldikdən sonra valideynləri ayrılıb. 6 yaşına kimi nənəsi ona himayədarlıq edib. Anası iş tapdıqdan sonra Opranı yanına aparır. Opra 9 yaşı olanda qohumları tərəfindən zorlanır. 14 yaşında bir uşaq dünyaya gətirir, lakin körpə sağ qalmır. Bundan sonra anası Opranı atasının yanına göndərir. Opra atasının yanında bütün pisliklərdən uzaqlaşır və narkotikadan istifadəni dayandırır. Litseyi uğurla bitirən Opra müxtəlif müsabiqələrin qalibi olur. Tələbəlik illərində yerli teleradioda işə başlayır. Ağdərili kişilərin hegemonluq etdiyi sahədə o, özünü sübut etmək üçün 10 ilini sərf edir. Televiziyada ilk qaradərili qadın xəbər aparıcısı olur. 1983-cü ildə reytinqsiz bir səhər proqramında aparıcılığa başlayır və onu reytinqlərdə birinci edir. 1985-ci ildə Stiven Spilberq onu "The Color Purple" filminə çəkir. Bu filmdəki rolu ilə o, oskara namizəd olur. 1986-cı ildə "Opra Uinfri Şou" adlı proqrama başlayır. Tolk şou qısa zamanda "ən yaxşı proqram", Opra isə "ilin ən yaxşı aparıcısı" seçilir.

Opra Uinfri
ing. Oprah Gail Winfrey
Doğum tarixi 29 yanvar 1954(1954-01-29)[1][2][…] (70 yaş)
Partnyorları
Fəaliyyəti televiziya aparıcısı, mesenat[d], televiziya prodüseri[d], film prodüseri, biznes ledi, reportyor, aktrisa, səsləndirmə aktrisası[d], yazıçı, talk show host, avtobioqraf[d], jurnalist, spiker-motivator[d], podkaster
Fəaliyyət illəri 1967-ci ildən
Partiyası
Üzvlüyü
oprah.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. ^ "Oprah Winfrey Interview". Academy of Achievement. January 21, 1991.
  1. Oprah Winfrey // Encyclopædia Britannica (ing.).
  2. Oprah Winfrey // Internet Broadway Database (ing.). 2000.
  3. 1 2 http://www.oprah.com/oprahshow/a-date-with-destiny_1.
  4. 1 2 https://www.rogerebert.com/rogers-journal/how-i-gave-oprah-her-start.