Optimistiçeskaya — Ukraynanın Ternopil vilayətinin Korolyovka kəndi ərazisində yerləşən karst mənşəli mağara[1]. Əhəng daşından təşkil olunmuş dünyanın ən uzun mağarasıdır. Onun ümumi uzunluğu 230,5 km-dir[2]. Mağara hələ də sonuna qədər keçilməmişdir. Mağaranın adı onu tədqiq etmiş ekspertlərin optimist mövqeyi ilə əlaqədardır.
Optimistiçeskaya mağarası | |
---|---|
Оптимістична | |
Ümumi məlumatlar | |
Dərinliyi | 20 m |
Uzunluğu |
|
Kəşf tarixi | 1966 |
Yerləşməsi | |
48°44′07″ şm. e. 25°58′30″ ş. u. | |
Ölkə | Ukrayna |
optymistychna.com | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mağara 1966-cı ildə aşkarlanmışdır. Bu günə olan məlumata görə mağaranın uzunluğu 232 km-dir. Mağaranın sahəsi 2 km² təşkil edir. 20 metr dərinliyə enir. Daxili hissəsi gillidir. Mağaranın daxilində stalaksitlərə rast gəlinir.
Bölgədə zəngin mağaralar olması hələ 1965-ci ildən məlum idi. Ekspertlər böyük səy göstərmələrinə baxmayaraq, mağaranın daxilinə irəliləyə bilmirlər. Növbəti il, 8 may 1966 ildə Aleksey Solyar və Miron Savçin mağaranın daxilində yerləşən gilli sahəni keçərək daxilə irəliləyə bilirlər. Onlar həmin il mağaranın 400 metr içərisinə keçə bilirlər. Əvvəllər mağaranın uzunluğunun 3 km olduğu düşünülürdü. Sonradan onun uzunluğunun 200 km-dən çox olması aşkarlandı. Sovet İttifaqının ən uzun mağarası olmuşdur.
Bundan sonra 200 ekspedisiya təşkil edilmişdir. Üstəlik digər dövlətlərin ekspertləri də bu ekpedisiyalarda iştirak etmişlər: Bolqarıstan, Polşa və Rusiya.
Araşdırmalar göstərdi ki, mağaranın davamı vardır. 2008 ildə mağaranın davamı gedilmiş və yeni məntəqələr aşkarlanmışdır. Burada təmiz sudan ibarət olan rezervuar vardır.