Opulaster intermedius

Başınağacıyarpaq şaqqıldaqmeyvə (lat. Physocarpus opulifolius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaqqıldaqmeyvə cinsinə aid bitki növü.

Başınağacıyarpaq şaqqıldaqmeyvə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Amerikada, Kanadada təbii halda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Yarımşar formalı, çətirli, tüksüz, açıq şabalıdı rəngli zoğları olan 3 m-ə qədər hündürlükdə kollardır. Yarpaqları 3-5 dilimlidir. Orta dilimi uzanmış dəyirmi elliptik, mişarvarı dişcikli, çılpaq, üstdən yaşıl, alt tərəfdən isə açıq yaşıl rəngdə olmaqla 2-4 sm uzunluqdadır. Çiçəkləri 10–12 mm diametrli çılpaq və ya seyrək tükcüklərlə örtülmüş çiçək qrupunda yerləşmişdir. Erkəkciyi 3 ədəd olub, qırmızı rəngdədir, dişiciyi 3-5-dir. Ləçəkləri ağ və ya çəhrayı rəngdədir. Yarpaqcıq meyvə, kasa yarpaqlarından 2 dəfə və ya daha çox uzundur. Təpə hissəsində sivriləşmiş çılpaq, ya da tək-tək tükcüklü olub, yetişən zaman qırmızı rəng alır. Toxumları 2 mm uzunluğunda, 1 mm enində armud formalı, parıldayan və hamardır. 1000 ədəd toxumun ağırlığı 0,9 qramdır. İyun-iyul aylarında çiçəkləyir, sentyabr-oktyabr aylarında meyvəsi yetişir.

Rütubətə, torpağa tələbkar deyil.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbii halda rast gəlinir.

Dekorativ xüsusiyyətlərə malik olub, yaşıllaşdırmada geniş istifadə olunur.