Oqtay Ayvaz oğlu Kərimov (21 mart 1964, Ardanış, Krasnoselsk rayonu – 19 yanvar 1990, Bakı) — 20 Yanvar şəhidi.[1]
Oqtay Kərimov | |
---|---|
Oqtay Ayvaz oğlu Kərimov | |
Doğum tarixi | |
Doğum yeri | Ardanış, Göyçə, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | Sovet Ordusunun təcavüzü |
Dəfn yeri | Şəhidlər Xiyabanı, Azərbaycan SSR, SSRİ |
Atası | Ayvaz |
Anası | Minarə |
Milliyyəti | azərbaycanlı |
Oqtay Eyvaz oğlu Kərimov 1964-cü il martın 21-də Ermənistan SSR Göyçə mahalının (Krasnoselo) Ardanış kəndində anadan olub. Arxangelsk vilayətində Ali Partiya məktəbində təhsil alıb. "Novaya zemlya" deyilən ərazidə, keçmiş SSRİ SQ-nin sıralarında xidmət edib.
28 nömrəli təmir-tikinti idarəsində fəhlə işləyib.
Subay idi.
Atası Kərimov Eyvaz Kərim oğlu 1988-ci ilin dekabrında dədə-baba yurdundan, — Göyçədən qovulub.
O gecə Oqtay eşidib ki, "Gənclik" metrosunun yanında əsgərlər günahsız adamları qırır, onlara kömək etmək üçün metronun yanına gəlir. Stadionun şimal qapısının yanında hərbçilər yaralılara kömək edənləri də güllələyib. Onların içində Oqtay da olub. Yaralanandan sonra təxminən 3 saat vurulduğu yerdə qalıb. Çoxlu qan itirib.
Mərhumun meyidini yanvarın 21-də mərkəzi ölüxanadan tapıblar.
Şəhidlər xiyabanında uyuyur.