Or bərzəxi ukr. Перекопський перешийок, krımtat. Or boynu, Ор бойну | |
Bərzəxin xəritəsi | |
46°08′58″ şm. e. 33°40′20″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Birləşdirir | Krım yarımadası ilə Avrasiya materikini |
En | 7 km |
Uzunluq | 30 km |
Or bərzəxi Vikianbarda |
Or bərzəxi (ukr. Перекопський перешийок, krımtat. Or boynu, Ор бойну) — Krım yarımadasını materiklə birləşdirir. Azov dənizinə daxil olan Sivaş körfəzi Qara dənizə daxil olan Perekopski körfəzi və Karkinitski körfəzi akvatoriyaları onun sahillərini yuyur. Krımın ən ucqar şimal nöqtəsini təşkil edir.
Uzunluğu — 30 km, ən dar yeri 7 km, cənubunda eni 9,2 km təşkil edir.
Qədim zamanlarda bərzəx müxtəlif adlarla adlandırılıb: Strabon onu İstm (tərcümədə sadəcə bərzəx, genuyalılar isə Zxalo, Krımtatar dilində isə bərzəxi Оr adlandırılır. Bərzəx ərazisində Perekop valı adlı güclü tikili mövcud olmuşdur.
Bərzəxdə Armyansk şəhəri və Perekop kəndi vardır. Şəhər vaxtı ilə Rusiya vətəndaş müharibəsi dönəmində tamami ilə dağılmışdır. Onun yerində yeni şəhər salınmışdır.
Bərzəx ərazisindən Krım üçün çox əhəmiyyətli olan avtomagistral, dəmiryolu, elektrik verilişi xətləri və Şimali Krım kanalı keçir. Hal-hazırda bərzəx de-fakto olaraq Rusiyanın Krımı işğalı ilə əlaqədar Rusiya və Ukrayna arasında dövlət sərhəddini təşkil edir. Krım MR ərazisi ilə Herson vilayyətini ayırır[1].