Oralmanlar

Oralmanlar (qaz. Оралмандар - qayıdanlar) və ya qandaşlar (qaz. қандастар)[1][2] — Qazaxıstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini alandan bəri ora köçmüş etnik qazaxlar.[3] 2008-ci ildən başlayaraq etnik qazaxların göçmə proqramı Nurlu göçmə (qaz. Нұрлы көш) adlanır.[4] O vaxtan bəri Qarağandı və Çimkənd kimi cənub şəhərlərində ormanların müvəqqəti məskənləşməsi üçün bir sıra inteqrasiya mərkəzləri açılıb.

Repatriasiya Qazaxıstan köçetmə siyasətinin ən vacib məsələlərindən biri sayılır.[5]

Ormanlar ənənəvi olaraq, hava və rahatlıq səbəblərinə görə keçmiş yaşayış yerləri ilə bitişik və ya yaxın olan Qazaxıstanın bölgələrində məskənləşirlər. Dolayısıyla, Özbəkistanla Qırğızıstandan gələnlər əsasən ölkənin cənubunda, Çinlə Monqolustandan gələnlər isə şərqində qalırlar.[6] Hökumət onları şimalda yerləşdirməyə, lakin ormanların özləri gündəlik həyatda rus dilinin vacibliyi az olduğu yerlərdə, özəlliklə ölkənin cənubunda yerləşməyə üstünlük verirlər, baxmıyaraq ki, şimalda qalan ormanlara imtiyazlar təklif olunur.[7] Şimali Qazaxıstan ölkənin ən ruslaşmış hissəsidir.[8]

LSAR (Laboratory for Social and Anthropological Research) elədiyi tədqiqat ormanları iki tipə bölür: 1990-cı və 2000-ci illərdə gələnlər. Bu iki qrup bir-biri ilə ya çox az, ya da heç əlaqə saxlamır. Bundan əlavə onlar gəldiyi yerlərinin əsasında bölünürlər. Bu qrupların arasında əsas fərq dilləridir.[9]

Ormanlara Qazaxıstanda linqva franka rus dili olduğuna görə əmək bazarına inteqrasiya etmək çətindir.[10] Bundan artıq, qazax dili Qazaxıstan, Monqolustan və Rusiyada kiril əlifbasında yazılır, Türkmənistan ilə Özbəkistanda isə latın əlifbası işlənilir. Bu xaricdə latınca oxuyan ormanlar üçün çətinliklər yaradır.[11] Məsələn üçün, öz dilləri ilə bağlı bu çətinliklər orta təhsil sahəsində yaşanır.[12] 2008-ci ildən başlayaraq açılan inteqrasiya mərkəzlərində qanuni müşavirə, peşə təlimi və inkişafı proqramları ilə yanaşı dövlət dilinin öyrənməsi də həyata keçirməyə çalışılırdı.[5]

Çindən gələn Ormanlar Qazaxıstan universitetlərində Çin dili müəllimlərinin çoxluğunu təşkil edirlər.[13]

Dil məsələsi ilə yanaşı başqa problemlər də mövcuddur. Ormanlar özlərini yerlilərnən müqayisədə qazaqlığını xaricdə olarkən uzun zaman ərzində saxlamağa bacaran adamları kimi görürlər. Bu onları yerli ictimaətdən daha çox ayırmağa bilər. Yerlilər isə ormanlara yanaşmanı ədalətsiz sayırlar və onları "başqa" və "əsl olmayan" soydaşları kimi görürlər.[14] Bundan artıq, bəzilərin fikirinə görə, ormanlar əmək bazarının vəziyyətini ağırlaşdırırlar.[15]

  1. "В Казахстане термин "оралман" заменили на "кандас"". 2021-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  2. "Термин "оралман" заменили на "кандас" в Казахстане". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  3. Kueppers, Alfred, "Ethnic Kazakhs Find Titular Homeland to be Economic Haven", Eurasianet.org, 2004-04-22, 2007-08-16 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2007-09-19
  4. Абраимов, А.Т., "Политика репатриации Республики Казахстан: к вопросу о причинах возвращения казахов", articlekz.com, 2013, 2016-12-14 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-11-21
  5. 1 2 Rights of the Oralman, 2004-04-22, 2017-03-28 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2017-03-28
  6. Tan, Vivian, "After generations away, Kazakhs come home to an independent country", Reuters Alertnet, 2007-08-09, 2008-08-21 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2007-09-19
  7. "Special report on ethnic Kazakhs and the struggle to return - Continued", Reuters Alertnet, 2003-09-03, 2011-06-11 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2010-06-08
  8. Lillis, Joanna, Kazakhstan: Astana Entices Kazakhs From Abroad Amid Ukraine Crisis, 2017-04-14 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-04-09
  9. "Identity and Conflict at the Borders: Adaptation of Oralmans in East Kazakhstan", Laboratory for Social and Anthropological Research, Department of History, Tomsk State University, 2017-04-14 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-04-09
  10. UNDP, 2006. səh. 23
  11. Kenzhebekovna Kalshabaeva, Bibiziya; Akbota, Senbayevna Seisenbayeva, Some Problems of Repatriation and Adaptation of Representatives Of the Kazakh Diaspora of Central Asia in the Historic Homeland (PDF), 2015-05-01 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 2017-04-09
  12. Baurzhan, Bokayev, Ethnic-linguistic identification of repatriates in modern Kazakhstan, 2017-03-26 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2017-04-09
  13. Laruelle, Marlène; Peyrouse, Sebastien. "Cross-border Minorities as Cultural and Economic Mediators between China and Central Asia" (PDF). China and Eurasia Forum Quarterly. 7 (1). 2009: 116–117. ISSN 1653-4212. İstifadə tarixi: 2009-04-17.
  14. Oka, Natsuko, A Note on Ethnic Return Migration Policy in Kazakhstan: Changing Priorities and a Growing Dilemma (PDF), İstifadə tarixi: 2017-04-09[ölü keçid]
  15. Задача - помочь оралманам, 2020-10-22 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2017-11-21