Repatriasiya (lat. repatriate) və ya vətənə qayıtma — əmlakın, simvolik əşyanın və ya şəxsin könüllü və ya məcburi şəkildə öz sahibinə, öz mənşəcə olduğu yerinə və ya vətəndaşlığı olduğu ölkəsinə qayıtması. O cümlədən, xaricdən hərbi qulluqçuların, ekspatların, qaçqınların, miqrantların, sığınacaq axtaranların qayıdışı repatriasiya sayılır.
İnsan repatriasiyası könüllü və məcburi olur. Könüllü repatriasiyanın ilk dəfə formallaşmış prinsipi II Dünya Müharibəsinin nəticələrindən biri idi. Bu prinsipə əsasən, repatriasiyanın şərti qayıtmağa qarşı olan dəqiq və yaxşı müəyyənləşdirilmişdir faktorların olmaması idi.[1] Halbuki, II Dünya Müharibəsindən sonra gələn Soyuq müharibə dövründə qayıtma tez-tez qərbin marağlarının üçün (o vaxt qaçqınların böyük hissəsi qərbi ölkəldə məskunlaşırdı)[2] daha uyğun olan başqa həll yollarının xeyrinə kənara qoyulurdu.[3]
Hər bir insan, öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir.
— İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə. 13-cü maddə, 2-ci bənd.[4]
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi hüquqi cəhətdən məcburi deyil, halbuki ondan sonra qəbul olunmuş hüquqi cəhətdən məcburi olan beynəlxalq və regional sənədlər bu bəndin təsrinin nəticəsində geri qayıtmaq hüququnu qəbul edib.[5]
Ermənistan, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Filippin, İspaniya, Cənubi Koreya və Türkiyə kimi ölklərin repatriasiya haqqında qanunları var.[6]
Bosniyadan qaçqın olan iki qrup insanların araşdırması (biri Bosniyaya repatriasiya edən, ikincisi isə Norveçdə qalan) göstərib ki, xronik psixoloji simptomlar hər iki qrupda mövcuddur. Hər iki qrupda vaxt getdikcə simptomların azalması müşahidə edilib.[7]
Başqa bir araşdırmada Kosovodan qaçqın düşənlərin İsveçə gəldiyi zamanı 37%-ə posttravmatik stress pozuntusu (PTSP) diaqnozu qoyulmuşdu. 18 ay sonra isə, Kosovoya qayıdanların 52%-ə, İsveçdə qalanların isə 87%-ə PTSP diaqnozu qoyulmuşdu.[8]
Bosniya, Əfqanıstan, İraq və Burundi qaçqınlarını və məcburi köçkünlərini araşdıran Patrisia Ueiss Fagen yazdığına görə, qayıtmağa qərar uzunmüddətli iqtisadi dayanıqlığın imkanıdan aslıdır. Bundan əlavə, qayıdanların dolanışığının bərpası təhlükəsizlik və inkişaf strategiyaları ilə bağlıdır.[9]
Arxeoloji tapıntı olan insan qalıqlarının repatriasiyası hazırda arxeologiya etikasında mübahisəli məsələdir.[10] Bundan başqa, beynəlxalq səyahat[11] və ya müharibə zamanı[12] həlak olanların qalıqlarının repatriasiyası diplomatik işini tələb edə bilər.
Müharibədə məğlub tərəfinin mədəni sərvətlərinin qənimət şəkildə alınması qədim zamanlardan bəri tətbiq olunurdu. Artıq yüz illər ərzində qaçaqmalçılıq yolu ilə xaricə gətirilən arxeoloji obyektlər muzeylər və kolleksiyaçılar tərəfindən alınırdı.[13]
Mədəni sərvətlərə malik olan və onları orijinal icmalarına qaytarmaq istəyən dövlətlər, irs institutları və fərdlər arasında mübahisə repatriasiya debatı adlanır. Bu debatda sərvətlərin oğurluğu və əldə olunma ilə ixracatı ilə bağlı hüquqi məsələlər qaldırılır.[14]
Bu məqalə qaralama halındadır. |