Ordu Etnoqrafiya muzeyi və ya Paşaoğlu Etnoqrafiya muzeyi — Türkiyənin Ordu şəhərində yerləşən muzey.[1]
Ordu Etnoqrafiya Muzeyi | |
---|---|
Əsası qoyulub | 1987 |
Ölkə | |
Yerləşir | Ordu ili |
40°58′59″ şm. e. 37°52′30″ ş. u. |
Muzey Ordu şəhəri, Taşocak küçəsində yerləşir. Muzeyin binası Paşaoğlu Köşkü kimi tanınan tarixi bir binadır.[2]
Diqqətəlayiq memarlıq nümunəsi olan bu bina 1896-cı ildə tikilmişdir. 1982-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən müsadirə edilmişdir. 4 illik bərpadan sonra 18 noyabr 1987-ci ildə muzey kimi istifadəyə verilmişdir. Üç mərtəbəli bina (həyətlə birlikdə) 625 kv.m. (6,730 kv fut) ərazini əhatə edir.[3]
Muzeyin birinci mərtəbəsi inzibati ofislər üçün ayrılıb. Əsas etnoqrafik eksponatlar birinci mərtəbədədir. Muzey etnoqrafik muzey olsa da, eksponatların arasında bəzi arxeoloji əşyalar və sikkələr də var.
Binanın yuxarı mərtəbəsi istirahət otağı, nənə otağı, gündəlik otaq, qonaq otağı, yataq otağı və qarderob otağı kimi bölmələrlə malikanənin xüsusiyyətlərini əks etdirmək üçün nəzərdə tutulub.
Etnoqrafik əsərlərdən ibarət mərtəbədə silah, zinət əşyaları, kişi və qadın geyimləri kimi əşyalar nümayiş etdirilir. Bundan əlavə, Apollonun heykəli, Ritonun kompozit kult qabı, oniks daşından qadın başı, balaca Dionisin heykəlciyi və I-ci əsrə aid Dionis Mitraforun büstü kimi mühüm əsərlər yer alıb.[4][5]
Ekspozisiyadakı əşyaların sayı: