Ordu generalı — Azərbaycan Silahlı Qüvvələrində ən ali hərbi rütbə.
Ordu generalı | ||
---|---|---|
| ||
Ölkə | Azərbaycan | |
Təsis edilib | 5 sentyabr 1991 | |
Yuxarı rütbə | yoxdur | |
Aşağı rütbə |
General-polkovnik, Admiral |
|
Analoji rütbə |
Həqiqi dövlət ədliyyə müşaviri, Həqiqi dövlət gömrük xidməti müşaviri, Həqiqi dövlət vergi xidməti müşaviri |
Ordu generalı hərbi rütbəsi NATO təsnifatındakı "OF-9" ranqına, habelə dörd ulduzlu general rütbəsinə uyğundur.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ordu generalı üçün həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilmir.
"Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası"na əsasən ordu generalı hərbi rütbəsi prokurorluq və ədliyyə orqanlarındakı Həqiqi dövlət ədliyyə müşaviri, gömrük orqanlarındakı həqiqi dövlət gömrük xidməti müşaviri, vergi orqanlarındakı həqiqi dövlət vergi xidməti müşaviri ali xüsusi rütbələrinə, eləcə də dövlət qulluğundakı həqiqi dövlət müşaviri ixtisas dərəcəsinə uyğundur.[1]
Ordu generallarının poqonlarında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin emblemi əvəzinə rəngli təsvirdə Azərbaycan Respublikasının Dövlət Gerbi yerləşdirilir. Gerbin ölçüləri 45x50 mm-dir. Poqonlarındakı üzərində ölçüsü 30 mm olan 1 ədəd səkkizguşəli ulduz vardır.