Ədəbi dil ümumxalq dilinin normalaşdırılmış qoludur. Bu normalılıq onu danışıq dilindən, xüsusən dialekt və şivələrdən fərqləndirir və səciyyələndirir.Ədəbi normalar həm yazılı, həm də şifahi nitqə məxsus olur.
Orfoepiya — Şifahi ədəbi dilin normaları əsasında mövcud olan orfoepik qaydalar sisteminə orfoepiya deyilir. Orfoepiya termini yunan mənşəli “ortpos” (düzgün) və “epos” (nitq) sözlərindən əmələ gəlib, düzgün tələffüz mənasını bildirir.[1]
Müasir ədəbi dillərdən hər birinin orfoepik sistemi aşağıdakı bölmələrdən ibarətdir:
Müasir ədəbi dillərin orfoepik qaydaları az vaxtın məhsulu deyil. Bu və ya başqa ədəbi dilin orfoepik sistemini təşkil edən qaydalar tədricən müəyyənləşib formalaşmışdır. Dilçiliyin orfoepiya şöbəsinin tarixi qədimdir. Belə ki, hələ bizim eradan əvvəl qədim hind dilçiliyində orfoepiya məsələlərinə də toxunulmuşdur. Hind alimləri “Şikşa” vedanqında fonetika ilə yanaşı, orfoepiya təliminə xüsusi yer vermişlər. Qədim dövrlərdən əsası qoyulmuş orfoepiya şöbəsi əsrlər boyu, xüsusən XIX və XX əsrlərdə müxtəlif dillərin materialları üzərində geniş şəkildə inkişaf etdirilmişdir. Müasir dövrdə orfoepiya məsələləri diqqəti daha çox cəlb edir. Çünki hazırda nitq mədəniyyətinin inkişafında orfoqrafiya kimi, orfoepiya da xüsusi əhəmiyyətə malikdir.[1]