Ədəbi dil, standart dil və ya standart ləhcə – daha az və ya yazılı şəkildə təsbit edilmiş normalara malik olan ümumxalq dilinin emal olunmuş hissəsi; şifahi formada ifadə edilən mədəniyyətin bütün təzahürlərinin dili.
Ədəbi dil adətən elmi və bədii əsərlərdə, mətbuatda və idarəçilik aparatında, televiziya və radioda, məktəblərdə işlədilən dildir. Dialektlərə, loru dilə, jarqonlara qarşı qoyulan dil kimi qəbul olunur.
Dilin standartlaşması davamlı bir prosesdir.[1] Bəzən bir dilin müxtəlif ədəbi versiyası ola bilər. Müxtəlif standart versiyası olan dillərə çox mərkəzli dil deyilir.[2][3][4] Yeganə standartı olan tək mərkəzli dillər arasında rus və yapon dillərini qeyd etmək olar.[5]