Orleanlı Batilda

Orleanlı Batilda (fr. Bathilde d'Orléans; 9 iyul 1750[1][2], Sen-Klu10 yanvar 1822[1][2], Paris) — Orlean hersoqu I Lui-Filippin qızı, Konti şahzadəsi. Böyük Fransa inqilabı illərində adını Citoyenne Vérité olaraq dəyişdi.

Orleanlı Batilda
fr. Bathilde d'Orléans
Şəxsi məlumatlar
Doğum tarixi 9 iyul 1750(1750-07-09)[1][2]
Doğum yeri
Vəfat tarixi 10 yanvar 1822(1822-01-10)[1][2] (71 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xəstəlik
Fəaliyyəti əsilzadə
Atası I Lui-Filipp (Orlean hersoqu)
Anası Burbonlu Luiza Henretta (Orlean hersoqinası)

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

9 iyul 1750-ci ildə Sen-Kludakı sarayda dünyaya gəldi. Hər iki valideyni də XIII Lüdovikin şəcərəsindən idi. Belə ki, atası Lui-Filipp kralın kiçik oğlu Orlean hersoqu I Filippin nəticəsi idi. Anası Luiza Henretta isə kralın oğlu XIV Lüdovikin nigahdan kənar doğulan və sonradan rəsmiləşdirilən qızlarından Konti şahzadəsi Luiza Fransiskanın nəvəsi idi. Hələ 8 yaşında ikən anası vəfat etdi və atası birlikdə olduğu məşuqəsinin təsiriylə onu təhsil bəhanəsiylə Parisdəki kilsələrdən birinə göndərdi.

20 aprel 1770-ci ildə özündən 6 yaş kiçik olan Konti şahzadəsi Luiz Henriylə Versal sarayında evləndirildi. Cütlüyün bu nigahdan bir oğlu dünyaya gəldi. Ancaq hər ikisinin nigahdan kənar münasibətləri vardı. Üstəlik Batildanın bu münasibətlərdən bir qızı da dünyaya gəlmişdi.

Nəhayət, cütlük 1780-ci ildə rəsmi şəkildə boşandılar. Boşandıqdan sonra oğlunu yalnız bəlli zamanlarda görə bildi. Bir müddət atasıyla birlikdə yaşasa da, onun vəfatından sonra saraydan ayrıldı və Parisdə satın adlığı şəxsi mülkündə qızıyla yaşamağa davam etdi. 1789-cu ildə baş tutan Böyük Fransa inqilabı əsnasında o da, demokratiyanı dəstəklədi. Monarxiya rejimini dəstəkləyən keçmiş əri və oğlu isə ölkədən qaçdı. Adını dəyişsə də, yeni rejim tərəfindən bütün malları müsadirə edildi.

Sülalənin varisi olan qardaşı oğlu Lui-Filippin ölkədən qaçmasının ardından, yeni rejim Fransadakı bütün Burbon mənsublarının həbs olunmasına qərar verdi. Qardaşı bu həbsin sonunda gilyotinlə edam edildi. Çox keçmədən həsbdən möcüzəvi şəkildə buraxılan Batilda yaşadığı mülkün bir bölümünü kirayə verərək yaşamağa çalışdı. Hakimiyyəti ələ alan Direktoriya tərəfindən 1797-ci ildə digər ailə üzvləriylə birlikdə sürgün edildi. Sürgündə qızı və qardaşı arvadı Burbonlu Adelaydla birlikdə Barselonaya gedən Batilda burada ikən 1804-cü ildə oğlunun qətlə yetirildiyini öyrəndi.

1815-ci ildə Burbon restavrasiyasının ardından ölkəyə dönən Batilda qalan ömrünü xeyriyyəçiliklə məşğul oldu. 10 yanvar 1822-ci ildə vəfat etdi.

  • Adams, Tracy (2010). The Life and Afterlife of Isabeau of Bavaria. Johns Hopkins University Press.
  • Azzolini, Monica (2013). The Duke and the Stars: Astrology and Politics in Renaissance Milan. Harvard University Press.
  • Booton, Diane E. (2016). Manuscripts, Market and the Transition to Print in Late Medieval Brittany. Taylor & Francis.
  • DeSilva, Jennifer Mara (2015). The Sacralization of Space and Behavior in the Early Modern World: Studies and Sources. Routledge.
  • Emerton, Ephraim (1917). The Beginnings of Modern Europe (1250–1450). Boston: Ginn & Co.
  • Gallo, F. Alberto (1995). Music in the Castle: Troubadours, Books, and Orators in Italian Courts of the Thirteenth, Fourteenth, and Fifteenth Centuries. University of Chicago Press.
  • Henneman, John Bell (2018). Olivier de Clisson and Political Society in France Under Charles V and Charles VI. University of Pennsylvania Press.
  • Knecht, Robert (2004). The Valois: Kings of France 1328–1589. Hambledon Continuum.
  • de Mesquita, Daniel Meredith Bueno (1941). Giangaleazzo Visconti, Duke of Milan (1351–1402): A Study in the Political Career of an Italian Despot. Cambridge at the University Press.
  • Rohr, Zita Eva (2016). Yolande of Aragon (1381–1442) Family and Power: The Reverse of the Tapestry. Palgrave Macmillan.
  • Sumption, Jonathan (2016). The Hundred Years War. Vol. 4: Cursed Kings. University of Pennsylvania Press.
  • Veenstra, Jan R. (1998). Magic and Divination at the Courts of Burgundy and France: Text and Contest of Laurens Pignon's "Contre le devineurs (1411)". Brill.
  • Welch, Evelyn S. (1995). Art and Authority in Renaissance Milan. Yale University Press.
  1. 1 2 3 4 Lundy D. R. Louise Marie Thérèse Bathilde d'Orléans // The Peerage (ing.).
  2. 1 2 3 4 Pas L. v. Princesse Bathilde d'Orléans // Genealogics (ing.). 2003.