Orta Araz təbii vilayətinin iqlimi

Qısa məlumat[redaktə | mənbəni redaktə et]

Orta Araz təbii vilayətinin iqlimi- Naxçıvan təbii vilayəti iqliminin kəskin kontinental olması ilə əlaqədar burada bütün təbii komponentlər özünəməxsusluğu ilə seçilir.

Günəş radiasiyası və radiasiya balansı[redaktə | mənbəni redaktə et]

Naxçıvan təbii vilayəti Azərbaycanda günəşli saatların ən çox müşahidə edildiyi ərazidir. P.S.Mirzəyevin tədqiqatları göstərir ki, ərazinin düzənlik rayonlarında günəşli saatların illik miqdarı 2800-2700, orta dağlıq zonada 2600-2500, yüksək dağlıq zonada isə 2600-2400 saatdır [Azərb. Resp. Aqroiqlim atlası, 1993].

Günəşli saatların miqdarı yayda Araz boyu maili düzənliklərdə 1000 saata, hündürlükdə isə 900-950 saata çatır. Qış fəslin də burada günəşli saatlar 300-450 saat müşahidə edilir.

Naxçıvan MR-sı ərazisində ümumi radiasiyanın şaquli qradienti hər 100 m-də 0,8 kkal/sm2ildir və bu Azərbaycanın digər ərazilərindən xeyli yüksəkdir. Ümumi radiasiyanın illik kəmiyyəti 145-150 kkal/sm2/il arasında dəyişir [Azərbaycanın iqlimi, 1968]. Naxçıvan ərazisində yüksəkliyə doğru getdikcə radiasiya balansının miqdarı azalır. Belə ki, hündürlükdə radiasiya balansının miqdarı 45,5 kkal, sm2/il müşahidə edilirsə, 3000- hündürlükdə onun kəmiyyəti 28-24 kkalsm2/ilə qədər azalır. Qış fəslində radiasiya balansının kəmiyyəti mənfi qiymət alır və yüksəkliyə doğru onun miqdarı daha da azalır.

Havanın temperaturunun orta çox illik, orta illik, isti dövr, soyuq dövrlərdəki gedişi, mütləq və orta maksimum, minimum temperaturlar əhalinin müxtəlif təsərrüfat sahələrinin, xüsusən kənd təsərrüfatı sahələrinin yerləşməsində və inkişafında xüsusi rol oynayır. Bu termik göstəricilər bitkilərdə vegetasiyanın başlanması, ayrı-ayrı inkişaf mərhələlərinin bir-birini əvəz etməsi prosesində həll edici əhəmiyyət kəsb edir.

Vilayətdə ən soyuq ay yanvar və fevraldır. Həmin aylarda havanın orta aylıq temperaturu ilə arasında dəyişir. Orta illik temperatur isə ilə arasında tərəddüd edir (şəkil 10.3.). Bu rəqəmlər təqribən dəniz səviyyəsindən 700- arasında olan hündürlükləri, yəni əhalinin və təsərrüfatın daha çox yerləşdiyi əraziləri əhatə edir. 1500 m-dən yüksək olan ərazilərdə havanın orta illik temperaturu daha da aşağı düşür, Qapıcıq zirvəsində isə ortaillik temperatur mənfi müşahidə edilir. Vilayətdə qış aylarının soyuq keçməsi kənd təsərrüfatı bitkilərinin inkişafına mənfi təsir göstərir [Rəhimov X.Ş., Babayeva V.İ., Həsənov M.S., 2006].

Son illər Naxçıvan MR-də təsərrüfat sahələrinin inkişaf etdirilməsi istiqamətində xeyli işlər həyata keçirilməkdədir. Buna görə də bitkilərin müxtəlif inkişaf mərhələlərində havanın həm orta, həmdə mütləq maksimum və minimum temperaturunun rolunu nəzərə alaraq vegetasiya dövrünün ayrı-ayrı aylarında temperaturun hündürlüklə əlaqədar dəyişməsinin öyrənilməsi xüsusi əhəmiyyətə malikdir.

P.S.Mirzəyevin [Mirzəyev P.S., 1972] tədqiqatlarına görə Naxçıvan təbii vilayəti ərazisində havanın temperaturu ilə hündürlüklər arasında əlaqə aşağıdakı kimidir (cədvəl 10.1. ).

Naxçıvanda bitkilərin fəal vegetasiyası mart ayında başlanır. Bu zaman Arazboyu düzənliklərdə havanın orta temperaturu 5- olduğu halda dağlıq ərazilərdə bu 2,4°C, yüksək dağlıq ərazilərdə isə-4- müşahidə edilir.

Vilayət daxilində havanın mütləq maksimum və minimum temperaturları da fərqlidir. Vilayətdə ən hündür və ən alçaq meteoroloji stansiyalar arasında hündürlük fərqi 2 dəfəyə qədər olsa da, mütləq maksimum temperaturlar arasında fərq -yə qədərdir.

Təsərrüfatın, xüsusən kənd təsərrüfatının yerləşməsində və inkişafında havanın mütləq maksimum və mütləq minimum temperaturları xüsusi rol oynayır. Orta çoxillik məlumata görə mütləq maksimum temperatur Naxçıvanda olmuşdur. Bu, Azərbaycan Respublikası üzrə ən yüksək temperaturdur. Lakin daha isti  il kimi qeyd edilən 2002-2003-cü təsərrüfat ilində burada havanın mütləq maksimum temperaturu- müşahidə edilmişdir [Rəhimov X.Ş., Həsənov M.S., 2009]. Göstərilən temperaturlar Arazboyu düzənliklərdə müşahidə edilir. Mütləq

minimum temperatur da burada -330-C qeyd edilmişdir. Bunun səbəbi ərazidə gedən şiddətli radiasiya soyuması və soyuq havanın dağ yamaclarından düzənliklərə axmasıdır. Belə vəziyyət vilayət ərazisində çox təkrarlanır və nəticədə tez-tez temperatur inversiyası müşahidə edilir.

Şəkil 10.3. Orta Araz təbii vilayətində havanın orta illik temperaturu.

Cədvəl 10.1

Müxtəlif hündürlüklərdə aylar (isti dövrdə) üzrə havanın temperaturunun dəyişməsi

Aylar Hündürlüklər, m-lə
1000 1500 2000 2500 3000 3500
Mart 4,4 1,2 -2,0 -5,0 -8,2 -11,4
Aprel 11,7 8,0 4,2 0,4 -3,3 -7,0
May 17,3 13,8 10,3 6,8 3,0 -1,0
İyun 22,0 17,7 13,4 9,2 5,0 0,6
İyul 25,6 21,4 17,2 13,0 8,8 4,6
Avqust 26,5 22,4 18,2 14,6 11,4 7,5
Sentyabr 22,0 17,7 13,5 10,0 6,2 2,2
Oktyabr 14,2 11,2 8,2 5,0 1,4 -2,4

Vilayət daxilində atmosfer yağıntıları əraziyə soyuq hava kütlələrinin daxil olması ilə əlaqədar yaranır. Burada yağıntıların orta illik miqdarı 210 mm-lə arasında dəyişir. Vilayətdə yağıntıların  kəmiyyəti düzənlik hissə ilə dağlıq hissə arasında xeyli fərqlənir. Ən az yağıntı Arazboyu düzənliklərin qərbindən başlayaraq, şərqdə Gilançayın aşağı axımına qədər olan ərazidə, dəniz səviyyəsindən 800- hündürlüyə qədər olan yerlərdə müşahidə edilir və ildə təşkil edir. Şərqə doğru yağıntıların miqdarı tədricə çoxalır (şəkil 10.4).

Ə.M.Şıxlinskiyə [Şıxlinski Ə.M., 1949] görə yağıntıların maksimum miqdarı ildə700 mm olmaqla 2400- hündürlükdə müşahidə edilir, sonra isə tədricən azalır. İllik yağıntıların yarıdan çoxu ilin isti dövrünə təsadüf edir. P.S.Mirzəyevə görə [Mirzəyev P.S., 1972] hündürlüyü 1000 m-ə qədər olan ərazilərdə ilin isti dövründə yağıntılar 120-, 1000-1500 m-də 160-, 1500 m-dən yüksəkdə isə 300 mm-dən artıq olur. İsti dövrdə ən çox yağıntı aprel – may aylarında müşahidə edilir. İlin isti dövründə ən az yağıntı iyul-avqust aylarına təsadüf edir. Bu aylarda orta illik yağıntının 2%-i, isti dövrdəki yağıntıların isə 4% düşür. Məhz buna görə də, vilayətin demək olar ki, bütün əkinçilik zonalarında yay aylarında süni suvarmaya ehtiyac yaranır [Rəhimov X.Ş., Həsənov M.S., 2009].

Vilayətdə rütubətlə təminat zəifdir. Ərazinin demək olar ki, 50%-ə qədəri quru və yarımquru zonaya aiddir. Yəni, rütubətlənmə göstəricisi (Md) 0,10-0,15 arasında tərəddüd edir [Şaşko D.İ., 1961]. Ən çox rütubət çatışmazlığı vilayətin Arazboyu düzənliklərində müşahidə edir. Burada iqlim suvarma norması 900 mm-dir. Yüksəkliyə doğru getdikcə iqlim suvarma

Şəkil 10.4.

Orta Araz təbii vilayətində atmosfer yağıntılarının orta illik miqdarı, mm norması azalır. Əkinçiliyin nisbətən inkişaf etdiyi yüksəkliyə qədər olan ərazilərdə iqlim suvarma norması 500 mm-ə qədər olur [BMT iqlim dəyiş. II milli məlumat, 2010].

Vilayətdə ayaz, quraqlıq, ağ yel, dolu, leysan kimi kənd təsərrüfatına zərər vuran hadisələr də müşahidə edilir. Burada şaxtalar oktyabrın üçüncü ongünlüyündən başlayaraq aprelə, yüksək dağlıq ərazilərdə isə may-iyun aylarına qədər davam edir. Ərazidə şaxtalı günlərin sayı 80 gün olsa da, hər 4 ildən 3-ü davamlı şaxtalı keçir. Ən şaxtalı ay isə yanvardır.

Vilayətin demək olar ki, bütün ərazisində (yüksək dağlığı çıxmaqla) quraqlıqlar müşahidə edilir. Xüsusilə, yüksək termik rejimin çox böyük buxarlanmaya məruz qoyduğu Arazboyu düzənliklər və onun ətrafındakı dağətəyi ərazilər quraqlığa daha çox məruz qalır. Yüksək termik rejim fonunda ağ yellərin yaranmasına, yəni quru – isti küləklərin əsməsinə səbəb olur ki, bunun da bir neçə gün davam etməsi bitkiçiliyə çox böyük ziyan vurur. Bu zaman havanın nisbi rütubəti 30-20%, temperatur isə 35- müşahidə edilir [Həsənov M.S., 2012, Rəhimov X.Ş., Həsənov M.S. 2008].

Naxçıvan MR-sı ərazisində, xüsusən ilin isti dövründə leysanla müşayiət edilən dolu müşahidə edilir ki, bu da həm kənd təsərrüfatına, həm də ümumiyyətlə təsərrüfata və infrastruktura böyük ziyan vurur.

Vilayət üçün güclü küləklər o qədər də səciyyəvi deyildir. Burada sürəti 5 m/san-yə qədər olan zəif küləklər üstünlük təşkil edir. Yay fəslində onların təkrarlanması 75-85%, qışda 95-97% olur. Sürəti 15 m/san və daha çox olan küləklər burada ildə 14-15 gün müşahidə edilir  və yüksəklik artdıqca onların təkrarlanması azalır.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Coğrafiyası. III cild. Regional Coğrafiya. Bakı, 2015. səh 400.(M.S.Həsənov, X.Ş.Rəhimov)