Ortadağlıq relyef (rus. среднегорный рельеф, ing. middle mountains) — yüksəklik qurşağı aydın seçilən, elüvi və aşınma qabığının geniş yayıldığı, bəzən düzəlmə səthlərinin qalıqları saxlanılan, zirvə hissəsi oval formada olan dağlıq relyef. Heç vaxt qar xəttindən yuxarı qalxmaması və ya denudasiyanın təsiri altında alçalması ilə əlaqədar olaraq buzlaşma izləri olmur. Coğrafi enlikdən və iqlimdən asılı olaraq mütləq hündürlüyü dəyişir. Məs: Cənubi Ural, Karpat və s.[1]